Modern.az

Müəllimlərin maaşı niyə artırılmadı?

Müəllimlərin maaşı niyə artırılmadı?

Ölkə

14 Oktyabr 2011, 14:35


Son illər Azərbaycanın təhsil işçiləri 5 oktyabr Müəllim günü ərəfəsində maaşların cüzi də olsa artımına öyrəşiblər. Bu il də ölkənin pedaqoji ordusunun belə gözləntiləri vardı. Amma geridə qoyduğumuz Müəllim günü ərəfəsində və ondan sonra əməkhaqlarının artımı baş vermədi. Müəllimlərinin maaşlarının artırılacağı ilə bağlı isə uzun müddət idi söz-söhbətlər gəzirdu. Hökumət isə deyəsən bunu etməyə tələsmir. Hər halda il sona yaxınlaşır və deyəsən müəllimlər 2011-ci ildə sevinə bilməyəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanır. Modern.az saytının məlumatına görə, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırdır.

Amma Nazirlər Kabinetindən bu barədə məlumat vermək istəmirlər. Gözlənilir ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq.

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncamı bu il aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

İndi ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov Azərbaycanda müəllimlərin əmək haqlarının bu il ərzində artırıla biləcəyini bildirib.

“Müəllimlərin maaşlarının bu il artımını gözləyirik”-deyə deputat vurğulayıb.

Müəllimlərin əmək haqlarının artılacağını təhsil naziri Misir Mərdanov da təsdiqləyib. Bu haqda APA-nın sualını cavablandıran təhsil nazirinin sözlərinə görə, bununla bağlı ölkə başçısının sərəncamı gözlənilir: “İmkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq”. 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı