Modern.az

Akif Nağı deputatlara cavab verdi

Akif Nağı deputatlara cavab verdi

Ölkə

14 Oktyabr 2011, 19:48

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının daxili işlər naziri Ramil Usubovu İrəvana rəsmi səfərinə görə qınayıb ittiham etməsi millət vəkilləri Zahid Oruc, Çingiz Qənizadə, Aqil Abbas tərəfindən pislənib. Deputatlar QAT sədrini məsuliyyətsiz bəyanat verməkdə suçlayıblar. Onların açıqlamaları saytımızda yerləşdirilib. Modern.az qarşı tərəfin də fikrini öyrənib.

Akif Nağı Modern.az-la söhbətində millət vəkillərinə belə cavab verib: “Vallah mən nə deyim... Allah onlara insaf versin. Biz də göz qabağındayıq, onlar da. Biz öz yolumuzda çalışırıq, kimlər bizə qarşı nə söz işdədirsə, özləri bilsinlər. Oturduqları kreslonun, tutduqları vəzifənin sahibidirlər, nəyə desən onlar güzəştə gedərlər. Ona görə də Ramil Usubovu müdafiə edirlər. Aqlil Abbasın oğlu Daxili İşlər Nazirliyində işləyir, digəriləri də deputat kreslosunda əyləşirlər. Başqa sözüm yoxdur”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı