Qərblilərin belə atalar sözü var: ‘‘İnsanlar geyimləri ilə qarşılanır, fikirləri ilə yola salınır’’. Düzdü, geyimlərimiz gözəl olmalıdır, amma fikirlərimiz də geyimlərimiz qədər gözəl, məntiqli və güvənilir olmalıdır. Məntiqli, gözəl və güvənli fikirli bir insan yetişdirmək oxumağın, təshilin sayəsində əldə edilir. Bir ölkədə oxumaq aşağı səviyyədə olarsa, o ölkə qəflətdən, cahillikdən yaranan fəlakətdən qaça bilməz. Təshil hər bir ölkənin həyatında birinci yerdə dayanır. Azərbaycanda da bu belədir.
Amma Azərbaycanda mənim fikrimcə, təshil sistəmində bəzi problemlər var. Əvvəldə də qeyd etdiyim kimi insanların fikirləri məntiqli və gözəl olmalıdır. Bunu insanlarda yaratmaq təhsil sisteminin üzərinə düşür. Bu problemi nəcə həll etmək olar? Bu sualı bələ cavablandırmaq olar. Orta məktəbdən şagirdlərə məntiq dərsi keçirilməlidir. Və bunun nəticəsində şagirdlərdə məntiqli düşünmək, məntiqli fikir söyləmə, sərbəst fikir ifadə etmək qabiliyyətini yaratmaq lazımdır. Biz demirik ki, insanlar məntiqsizdi, əlbətеə hər kəsin özünə görə məntiqi var. Amma bu məntiqi daha da inkişaf etdirmək lazımdır. Çünki o cəmiyət inkişaf etmiş cəmiyyət hesab olunar ki orada insanlar məntiqli fikirləri ilə məntiqli davranışlar ilə səçilirlər. Bunun üçün orta məktəblərdə məntiq fənni tətbiq olunmalıdır.
İkinci bir probləm nitqlə bağlıdır. Çünki hal hazırda məktəblərə girsək və ya patra arxasından çıxıb tələbə olmağa hazırlaşan şagirdlə söhbət aparsaq, söhbət əsnasında onun nitqində nə qədər qüsürların, yəni rus sözlərindən və ya mənası yerində işlənməyən sözlərin işləndiyini görərik. Amma onlar lap kiçik yaşlarından Azərbaycan dilində gözəl, səlis danışmağı bacarsalar, məntiqli fikirlərini gözəl nitq mədəniyəti ilə ifadə edər və yetişməkdə olan gənc nəsil daha savadlı daha intelektli və sərbəst düşüncəli olar.
SAMİR AĞAYEV
Bakı Dövlət Univərsitətinin
Jurnalistika fakültəsinin tələbəsi