Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəsimi rayonu ərazisində, Mərkəzi Bankın yaxınlığında baş verən qəzada 202 saylı sırnişin avtobusu ilə “VAZ-2107” markalı “Jiquli” maşını toqquşub. Hadisə nəticəsində “Jiquli”də olan 4 nəfər həlak olub. Hadisə zamanı daha 3 nəfər yaralanıb.
Yol polisi hadisə yerində araşdırma aparır.
Modern.az