Modern.az

Qandırmaq qaçılmazlığı

Qandırmaq qaçılmazlığı

Ölkə

4 Mart 2012, 14:43

Safruh

Ey gələnlərimiz! Yalnız bizim çağırışımızla deyil, həm də sizin gəlişinizlə ilginc olur toplantılarımız. 

***
Hünər Mütləqə İnam İşini özü yeriyən xəttə çıxarmaqdır – sonra İşin özü ilginc olacaq.

***
İlginclik – Hünərin kölgəsidir.

***
Türk olmayanın türkcə ad daşımasından xoşum gəlmir – türkün özgə ad daşımasından xoşum gəlmədiyi qədər.

***
Mən sizə öz boyum üçün və ya Türk soyum üçün yalvarmıram; özüm də yeriyərəm və yeriyirəm, soyum da yeriyib (aləmə bəlli), yeriyir və olsun ki, hələ çox yeriyəcək. Mən sizə Həqiqət üçün yalvarıram! Yalvaranlarsız o – öləcək!

***
Qoyun hər Çiçək öz ətirini versin, öz ətiriylə tanınsın. Hər Çiçəyin öz əslliyi – onun ətridir, hər Çiçəyin öz ətri – onun əslliyi, kimliyidir.

***
Bu yöndəki yalvarışların istisini canınızdan çıxarmağa tələsməyin, o İstini canınızda bacardıqca çox saxlayın. Sizin Həqiqətə (Allaha) xidmətiniz (və layiqliyiniz) olar bu. Həqiqətlə Gerçəkliyiniz arasından öz şəxsinizi çıxardın – öz şəst və şəxsinizi Həqiqətin meyarı saymayın. Bunu bacardığınız dərəcə və müddətlərdə insansınız.

***

Diktatura birbaşa ruhani insana qarşı yönələn şər əməli ola bilməz; o, adətən sinfi, milli və ya idraki baxımdan şər əməli olur.
***
Əsl diktatura – Həqiqət uğrunda ruhani əməldir. Həqiqət uğrunda, Ədalət uğrunda, Xeyir uğrunda – Allah uğrunda. (Allah – mücərrəd anlayışların ən tutumlusu və ucasıdır.)

***
Söz yox, mən diktaturaya cağırmıram, ancaq Həqiqətin (insan ləyaqətinin) ələ salınması oraya aparır.
***
Həqiqətin çeşidi minbirdir – zəruri azadlıqlar qədərdir.
***
Qanmaza nələriysə qandırmaq gərəkir, qanan – özü qanır hər nəyi.
***
Üfüqə doğru yürüyənlər sizi sosial-biologiya aqibətinə aparırlar. Orada Həqiqət olmayacaq, Allah olmayacaq. Orada çılğın, yəni əslsiz, xalqsız diktatura olacaq – insani ölüm öncəsində, yəni heyvanlığa keçid öncəsində. O diktaturanı küçədə bəkçiyə (polisə) daş atmaqla önləyə bilməyəcəksiniz. 
*** 
Batı gəlişməsi – sosial biologiyaya, yəni xalqsızlığa doğru yürüşdür.
*** 
S.M.H.Şəhriyar – L.Zadənin xidmətçisidir, Zadə – H.Kissincerin xidmətçisidir, Kissincer – sosial biologiyanın xidmətçisidir... Kişilər, qəddinizi düzəldin, Allah (Ali Haqq) üfüqdə deyil, Göydədir!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı