Modern.az

Bayram Səfərov: «Qarabağ erməniləri canlarını xilas etsinlər»

Bayram Səfərov: «Qarabağ erməniləri canlarını xilas etsinlər»

Ölkə

5 Mart 2012, 12:00


«Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin üzvlərinin, millət vəkillərinin və eləcə də ölkənin aparıcı KİV nümayəndələrinin Qarabağa səfəri bizi fərəhləndirir».
Bu fikirləri səfər zamanı jurnalistlərə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin sədri, Şuşa rayon icra başçısı Bayram Səfərov bildirib. Onun fikrincə, bu səfər Qarabağ ictimaiyyətini, xüsusilə ölkə gənclərinin ruhlandırır ki, biz Qarabağ qayıdacağıq:

«Jurnalistlərin bura səfərinin nəticəsi olaraq, hesab edirəm ki, onlar Qarabağın tarixi, mədəniyyəti ilə bağlı daha maraqlanacaq və tez-tez bu mövzuda yazılarla çıxış edəcəklər. Hər bir qarabağlı kimi arzum budur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra doğma Şuşamızda, Ağdamda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xankəndində və eləcə də Dağlıq Qarabağın bütün ərazisində görüşək və aparılacaq quruculuq işləri haqqında danışaq».

B.Səfərov Dağlıq Qarabağda yaşayan ermənilərə bir daha müraciət edərək bildirib ki, onlar hər zaman ölkəmizin vətəndaşı olublar və Azərbaycanın xeyrindən yaralanıblar: «Qarabağ erməniləri çalışsınlar ki, seperatçı və öz millətinin düşməni olan ermənilərdən əl çəkib, canlarını xilas etsinlər. Azərbaycan dövləti, xalqımız hər zaman Qarabağda yaşayan ermənilərə necə sığınacaq veribsə, indi də elə yaşaya bilərlər».


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı