Türkiyə mətbuatında Baş nazir Rəcəb Tayyib Ərdoğanın ötən ay keçirdiyi cərrahi əməliyyatdan sonra həkimlərin ona “iki il ömrün qalıb” deməsi haqda müxtəlif söz-söhbətlər dolaşmaqdadır.
Cəmiyyətdə böyük rezonans yaradan bu fikirlər Baş nazıri əməliyyat edən həkimləri açıqlama verməyə məcbur edib. Belə ki, cərrah pr.dr. Buöra Taraf media önünə çıxaraq geniş açıqlama verib. O, yayılan məlumatların yalan olduğunu bildirib:
"Bu fikirlər tamamilə yanlışdır. Əlbəttə, səslənən fikirlər Baş nazirin səhhəti ilə bağlı həqiqəti əks etdirmir və mənim belə ifadəm olmayıb. Xəstə haqqına etik qaydalara uyğun olaraq kiməsə belə məlumat verməyə haqqımız yoxdur. Baş nazirin sağlamlığı ilə bağlı demək olar ki, bütün məlumatlar tərəfimdən verilib. Mətbuatda yazılan bu məlumatlar dair bird aha deyim yalan və şayiədir”.
Modern.az