Modern.az saytı Təhsil Nazirliyinə istinadən “Bəxtiyar Vahabzadə adına” 4 təqaüdün Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetinin filogiya fakultələrinin seçilmiş tələbələrinə ayrıldığı barədə xəbər vermişdi.
Əməkdaşımız həmin ali məktəblərdə təqaüdün neçə nəfərə verildiyini də dədqiləşdirməyə çalışıb.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev bildirib ki, onlarda “Bəxtiyar Vahabzadə adına” təqaüdün verilməsi barədə əmr var. “Lakin fakültədə əlaçı tələbə olmadığı üçün biz onu verə bilməmişik”.
Dekan gələcək illərdə əgər seçilən tələbə olarsa, bu təqaüdün verilməsinin mümkün olacağını vurğulayıb.
Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin rəhbəri Mansur İbrahimov isə ümumiyyətlə onlarda bu adlı təqaüdlə bağlı əmrin olmadığını qeyd edib. Onun sözlərinə görə universitetə “Bəxtiyar Vahabzadə adına” təqaüdlə bağlı əmr gəlməyib.
“Bizim Filologiya fakültəsində yalnız “Cəfər Cabbarlı adına” bir təqaüd var ki, o da 4-cü kursun 408-ci qrupun oxuyan Eyyubova İradə Eyyub qızına verilir. Tələbə həmin təqaüdü 2010-2011 tədris ilində almağa başlayıb və 2011-2012-ci ildə bu davam edir”.
M.İbrahimov adlı təaqdlərin verilməsi mexanizmini də açıqlayıb: “Həmin tələbə bütün fənlərdən əla oxuduğu, dərsə davamiyyəti yaxşı olduğu və universitetin ictimai-mədəni fəaliyyətində fərqləndiyi üçün bu təqaüd ona verilib. Təqaüdün məbləği 110 manatdır”.
Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov da 27 dekabr 2009-cu il tarixində əmr imzalayıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyir ki, nazirin sözügedən əmrində ölkənin 4 ali məktəbinin filologiya fakültəsində təhsil alan tələbələrə təqaüd verilməsi göstərilib. “Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir”.
Aytən ƏLİYEVA