Novruz bayramı ərəfəsində ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.
Hüquq müdafiəçiləri də bunu prezidentdən gözləyirlər. “Əfv olacaq, bununla bağlı bizim birisi gün müxtəlif görüşlərimiz keçiriləcək, müzkarələr aparacağıq”.
Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, əfvlə bağlı yeni siyahı hazırlanıb və bu siyahı artıq Əfv Komissiyasına təqdim edilib/
“Biz bununla bağlı ölkə prezidentinə məktub yazmışıq. Qeyd edim ki, siyahıda 2 aprel mitinqində tutulanların, o cümlədən Bəxtiyar Hacıyev, Ruslan Bəşirlinin də adları var”.
Novella Cəfəroğlu müzakirələrdən sonra alınacaq qərarlar barədə mətbuata ətraflı məlumat verəcəklərini də vurğulayıb.
Modern.az