Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu 10 gün içərisində dörd əzizini itirib. Modern.az xəbər verir ki, son 10 gündə əvvəlcə partiya sədrinin bacanağı, sonra qaynanası, bir həftə əvvəl anası vəfat edib. İki gün əvvəl isə həyat yoldaşı Gülzar xanım dünyasını dəyişib.
Qeyd edək ki, sovet dövründə siyasi dissident kimi həbsə atılan Rafiq Turabxanoğlu 90-cı illərdə beynəlxalq təşkilat olan Turan Xalq Demokrat Partiyasının baş məsləhətçisi olub. 1992-ci ilin 7 iyununda Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə rəsmən namizəd olub. R.Turabxanoğlu Elçibəy hakimiyyətində nəqliyyat nazirinin müavini vəzifəsini tutub.
Modern.az