Modern.az

Axır çərşənbənin hava proqnozu verildi

Axır çərşənbənin hava proqnozu verildi

Ölkə

12 Mart 2012, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə martın 13-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza gəlincə martın 13-də Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, martın 14-15-də atmosfer təzyiqinin təzadlı tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişsizdir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı