“Yol hərəkəti haqqında” Qanunun tələbinə tələbinə əsasən piyada zolağından piyada istifadə etdiyi zaman sürücü maşını saxlamalı və onun hərəkətinə mane olmamalıdır. Amma bu gün bizim sürücülər buna riayyət etmirlər. Onlar piyadanın yolu keçməsi üçün zebra zolağından istifadə etməsinə əhmiyyət vermədən keçir. Bu da öz növbəsində insan tələfatı ilə nəticələnir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov Modern.az saytına açıqlamasında bildirib ki, əgər bu cür faktlar nəzərə çarpacaq dərəcədədirsə bu xoşagəlməz haldır. Onun sözlərinə görə, sürücülər piyadalara, piyadalarsa sürcülərə qanunvericliklə nəzərdə tutulmuş qaydada hörmətlə yanaşmalı və hər kəs öz növbəsində hərəkətini davam etdirməlidir.
“Bu, birmənalıdır. Yalnız belə olduqda yol hərəkəti təhlükəsizliyindən danışmağa dəyər və yol qəza hadisələrinin sayını minumuma endirmək mümkündür.
“Yol hərəkatı haqqında” qanunun tələbinə əsasən piyada zolağı ilə hərəkət edən piyadaya sürücü mütləq dayanıb yol verməlidir. Eyni zamanda piyadalar da zebra xətti ilə hərəkət edərkən svetaforun göstərişinə uyğun, yəni svetaforun yaşıl işığı piyadalar üçün yanıb onların hərəkətinə, keçməyə icazə verirsə, o zaman hərəkət etməlidir. Çox təəssüflər olsun ki, qeyd edilən faktlar bu gün var”.
V.Əsədov deyib ki, piyadalar da bəzən yol hərəkəti haqqında qanunun tələblərinə riayyət etmirlər. O həmçinin vurğulayıb ki, əgər yanvar ayının 1-dən mart ayının 10-ə qədər 54 mindən artıq inzibati protokol tərtib edilibsə, bunlardan 20 mindən artığı piyadalara şamil edilib.
5 mindən artıq sürücü isə inzibati məsuliyyətə cəlb edilib.
“Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbi piyadalar tərəfindən pozulursa onlar 10 manat məbləğində cərimə edilir. Sürücülər isə piyadaların hərəkətinə yol vermədiyi halda İnzibati Xətalar Məcəlləsi 151.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə edilir”.
Svetafor olmadığı halda isə “Yol hərəkatı haqqında” Qanunun 40-cı maddəsi piyadaların hərəkətini tənzimləyir.
“Yəni svetaforla təmzimlənən yol ayrıcı və yaxud yol birləşməsi olmadıqda, piyadaların hərəkəti üçün xüsusi zebra xətti çəkilib istifadəyə verilibsə, piyadalar da bundan istifadə edirsə və yaxınlaşmaqda olan nəqliyyat vasitəsi piyadanın həmin zolaq hərəkətini müşahidə edirsə mütləq və mütləq dayanmalı, həmin piyadanın yolu keçməsinə sərbəst şərait yaratmalıdır. Birmənalı bu da qanunun tələbədir” deyə Vaqif Əsədov vurğulayıb.
V.Əsədov sürücülərin piyadaların zebra zolağından keçməsinə şərait yaratmamasını onların mədəniyyətlərinin aşağı səviyyədə olması ilə əlaqələndirib.
“Bütövlükdə demək olmaz ki, bütün sürücülər belədir. Bəzi sürücülər buna diqqət yetirmir, bu da əsasən öz mədəniyyətlərini nümayiş etdirən sürücülərdir”.
Mətbuat xidmətinin rəisi hesab edir ki, bu cür halların qarşısını almaq üçün təbliğat işlərinin aparılmasına diqqət və qayğı ilə yanaşılmalıdır. O, KİV nümayəndələrinin bu sahədə onlara kömək etməmələrindən şikayətlənib.
“Jurnalistlər ancaq onları maraqlandıran mövzularla bağlı sualların cavabını yaymaqla məşğuldurlar. Çox yaxşı olarki, belə hallar baş verməsin deyə bu sahədə tez-tez təbliğat işləri aparasınız. Mən dediklərimi tək internet saytlarında yayımlanmamalıdır. Bildiyimiz kimi televiziya ən güclü təsir vasitəsidir. Ona görə də televiziya vasitəsilə də təbliğat işlərinin aparılması bu və ya digər yol hərəkət qaydalarını pozanların öyrədilməsinə şərait yaradar ki, bu da ən nəhayət yol hərəkət qaydalarının yerinə yetirilməsi və təhlükəsizliyin təmini deməkdir”.
Aytən ƏLİYEVA