Modern.az

İran yenə Azərbaycana qarşı təxribat törətdi

İran yenə Azərbaycana qarşı təxribat törətdi

Ölkə

13 Mart 2012, 18:40


Modern.az saytının məlumatına görə, Azərbaycanın dövlət bayrağı növbəti dəfə rəsmi mərasimdə tərsinə asııb. Bu dəfə biabırçı olay Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin qonşu İran İslam Respublikasına səfəri zamanı rəsmi qarşılanma mərasimində yaşanıb.

Modern.az xəbər verir ki, şəkil İran mətbuatında da dərc edilib.

Qeyd edək ki, hər dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanır.

Görünür Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran bilərəkdən bayrağımızla bu cür sayğısız davranır.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən (MN)münasibət öyrənməyə çalışıb. Lakin MN rəsmilərilə əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...