Modern.az

Deputatlar yollardakı vəziyyətə görə kimlərin cavabdeh olmasından danışdılar

Deputatlar yollardakı vəziyyətə görə kimlərin cavabdeh olmasından danışdılar

Ölkə

15 Mart 2012, 15:24


Bakıdakı yolların vəziyyəti vətəndaşları son vaxtlar narahat edən ən aktual məsələyə çevirilb. Paytaxt sakinləri üçün qışın çətinlikləri geridə qalsa da, şəhərin yollarının vəziyyətilə bağlı narahatlıq belə getsə, çətin aradan qalxsın. Yollardakı çala-çuxurlar, palçıq yığıntıları, ağzı açıq kanalizasiya quyuları təkcə paytaxtın görünüşünə xələl gətirmir, həm də sakinlərin, nəqliyyatın hərkətinə ciddi maneçilik törədir.
Adətən paytaxt yollarının vəziyyətindən danışılanda dərhal yada Nəqliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC düşür və çoxları məsuliyyəti bu qurumun üzrinə atır. Amma
qeyd edək ki, hazırda Bakı şəhərində yolların vəziyyətinə “Azəryolservis” ASC deyil, Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir.  Hər cür tənqiddən aşağıda duran Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi isə nə vaxt üzərinə düşən işə daha məsuliyyətlə yanaşacaq, məlum deyil.
Amma bu məsələdə təkcə Bakı Şəhər İcra Hakimiyyətini qınamaq da insafsızlıq olar.
Şəhərdə tikinti işləri aparan inşaat şirkətləri, su və kanalizasiya xətləri çəkən “Azərsu” ASC, yeraltı kabelləşdirmə işləri görən “Bakıelektrikşəbəkə” ASC və digər qurumların da biganəliyi  və məsuliyyətizliyini qeyd etmək lkazımdır.
Tutaq ki, hansısa yol təmir olunur. Sonra oranı “Azərsu” qazıb su xətti çəkir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə xətti, Baş Dövlət Yol Polisi İdarəsi işıqforlar üçün kabellər çəkir. Belə hallarda yolların qazılan hissələri əksər vaxtlarda asfaltla pis yamanır, təmir-bərpa işləri keyfiyyətsiz görülür.

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc yollarda yaranan bəzim problemlərlə bağlı ictimaiyyətin “AzərYolServis” ASC-yə iradlar tutmasını sözün əsl mənasında haqsızlıq hesab edib. O, Modern.az-a açıqlamasında bildirib ki, paytaxt Bakıda və eləcə də regionlarda salınan yeni, müasir standartlara cavab verən yolların hansısa qurumlar tərəfindən bərbad vəziyyətə salınmasında “AzərYolServis” məsuliyyət daşımır:

“Hesab edirəm ki, ötən dövr ərzində dövlət “AzərYolServis” qurumu vasitəsi ilə ölkədə yol infrastrukturunun formalaşması üçün mühüm addımlar atdı. Cavid Qurbanovun rəhbərliyi altında “AzərYolServis” çox böyük miqyaslı işlər həyata keçirib. SSRİ zamanı nəzərə almaq lazımdır ki, bu işlərin köklü əsası mövcud olmayıb. Sovetlər dönəmində yola münasibətdə əsaslı vəsait qoyulmaması, yolun ən yüksək iqtisadi-ticarət infrastrukturuna çevrilməsi halı baş verməyib. İstər kənd yollarımız, istərsə də magistral yollarımız olsun, keçmiş dönəmlərdə ciddi problemlərlə üz-üzə qalmışdı. Şəhərdaxili, kəndarası yolların və eləcə də magistral yolların təmiri sıfırdan başlandı. Bu işlərdə “Azəryolservis”-in gördüyü mühüm işləri çox yüksək qiymətləndirirəm. Çünki yollarda sovetlər dönəmindən qalan ciddi problemlərin həllində bu məsuliyyəti “Azəryolservis” öz üzərinə götürdü”.

Deputat hesab edir ki, yolların qorunmasında təkcə dövlət qurumları deyil, ölkə vətəndaşları da səy göstərməlidir. Ağırtonnajlı yük maşınlarının yolları bərbad vəziyyətə qoyduğunu deyən Z.Oruc bu məsələdə sürücüləri sərt ittiham edib.

“Baxın, ağırtonnajlı maşınların yol infrastrukturunu dağıtmasına ictimai münasibət necədir? Biz vətəndaş olaraq belə maşınıları dayandıraraq öz mövqemizi bildiririkmi? Təsəvvür edin, kimsə bizim şəxsi təsərrüfatımıza ziyan vurmuş olsaydı, dərhal buna qarşı ən kəskin etirazımızı bildirərdik. Axı bu yollarda bizimdi. Yolları özgə mülkiyyət hesab edərək onların dağıdılmasına göz yumuruqsa, bilməliyik ki, yaranan problemləri biz özümüz də yaşayacağıq. Bu iş milli bir mədəniyyət hadisəsinə çevrilməlidir. Yolların çəkilişinin yüksək səviyyədə görülməsinə baxmayaraq, sonrakı dönəmdə ictimai münasibətin təsiri səbəbindən müəyyən problemləri də yaşamışıq. Təəssüflər olsun ki, subyektiv qaydada bu məsələlərə yanaşmalar edərək bir sıra halla bunu həmin qurumun fəaliyyətinə münasibət kimi təqdim eləmişik”-deyə deputat əlavə edib.

Digər milllət vəkili Məlahət İbrahimqızı “Azəryolservis” ASC-nin gördüyü işləri yüksək qiymətləndirərək yollarda problemlərin yaranmasında bəzi qurumları ittiham edib.
Deputat məsələdə medianın da böyük təsirə mail olduğunu bildirib:

“İlk növbədə Bakı şəhərinin yolları ilə bağlı mətbuatda yol təsərrüfatı, yolun təmirindən tutmuş yoldakı digər kanalizasiya, nəqliyyatın tənzimlənməsi kimi məsələlərlə bağlı bütün qurumlar mətbuatda yaxşı təbliğ olunmalıdır. Camaat bilməlidir ki, nəyi kimdən tələb edir. Həqiqətən də çox yüksək səviyyədə, baynəlxalq standartlara cavab verən yollar çəkilirr. Ancaq baxırsan ki, sabah hansısa bir təşkilat yolu qazır, bərbad vəziyyətə salır. Şəhər sakinləri bilməlidir ki, yol tikildi, inşa olundu, lakin yolun bir sıra xidmətləri var, məsələn, yoldan kanalizasiya xətləri keçir, yoldan kommunikasiya, işıq xəttləri keçir, su xəttləri keçir, yolun təmizlik məsələləri var, yolun nəqliyyat məsələləri var, bütün bunların hər biri ayrı-ayrı qurumlar tərəfindən tənzimlənir. Bunların çoxunun “Azəryolservis”-ə heç bir aidiyyatı yoxdur”.

M.İbrahimqızı qeyd edib ki, yolların qorunmasında təkcə “Azəryolservis” ASC deyil, Bakı şəhər İcra Hakimiyyəti də məsuliyyət daşıyır. “Onların hər biri bu məsuliyyəti bilməlidir, cammat da onlardan tələb etməlidir. Yəni iddiaları və təminatları həmin qurumlardan olmalıdır. Hörmətli həmkarım Cavid Qurbanovun bu sahədə gördüyü işlər göz qabağındadır”-deyə deputat vurğulayıb.

Milli Məclisin deputat Fəzail İbrahimli də həmkarlarının fikirlərinə qoşularaq Bakı şəhərində təmir edilən yolların sonradan dağıdılanaq yararsız hala salınmasında günahı müvafiq qurumlar arasında əlaqələrin olmamasında görür. Deputat bildirib ki, yolların qazılmasında, yararsız hala salınmasında “Azəryolservis” ASC məsuliyyət daşımır. Bu baxımdan qurumun ünvanına hər hansı irad səsləndirmək olmaz.

“Yolların bərbad olmasında əsas səbəblərdən biri bəzi qurumların bu məsələyə qeyri-ciddi yanaşmasıdır. Dünən çəkilən asfalt bir də görürsən ki, bir ay sonra hansısa təşkilat tərəfindən qazılıb, boru basdırılır. Bunu strukturlararası əlqələrin olmaması, ya da hər təşkilatın özbaşına hərəkəti kimi qiymətləndirmək olar. Çünki əvvəl işlər görülən zaman təşkilatlar əlaqə yaratmalıdırlar ki, sonra belə mənzərə yaranmasın”-deyə millət vəkili bildirib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı