Modern.az xəbər verir ki, martın 17-də Azərbaycan iştirakçısının “Eurovision-2012”də ifa edəcəyi mahnı məlum olub. Azərbaycanın “Eurovision-2012” Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nda "When the music dies" mahnısını ifa edəcək.
Mahnının müəllifləri İsveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. İngilis dilində ifa olunacaq “Eurovision-2012” mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə sintez də var.
"When the music dies" mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana, J.Lo, Celine Dion, Enrique İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.
Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb.
Sandra Bjurman və Stefan Örn isə Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigarın qalib mahnısı "Running Scared"in müəllifləridir.