Modern.az

Eldar Əzizov Sumqayıtda yenə rekord qırdı - FOTO

Eldar Əzizov Sumqayıtda yenə rekord qırdı - FOTO

Ölkə

20 Mart 2012, 13:53

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ənənəsinə sadiq qalaraq daha bir özünəməxsus rekorda imza atıb. Belə ki, Eldar Əzizovun şəhərin baş meydanında təşkil etdiyi Novruz şənliyində 21 metr uzunluğu, 6 metr eni olan, 5 ton 300 kq çəkiyə malik nəhəng paxlava kəsilib. Modern.az xəbər verir ki, martın 19-da keçirilən bayram mərasimində élan olunub ki, bu cür nəhəng paxlava Qafqazda ilk dəfə olaraq məhz Sumqayıtda bişirilib.

Tədbirin digər maraqlı məqamlarından biri də şənlikdə iştirak edənlər üçün 700 litr tutumu olan nəhəng samovarın hazırlanması olub. Meydanda qaynadılan samovar qonaqlara paxlava ilə çay işmək imkanı qazandırıb.
Tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov nəhəng paxlavını kəsib, samovar çayı içib. Şənlikdə böyük tonqal da qalanıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı