Modern.az

Tağı Əhmədovu bərk qəzəbləndiriblər

Tağı Əhmədovu bərk qəzəbləndiriblər

Ölkə

21 Mart 2012, 16:50

Bakı Metropoliteninin vaqonlarının divarlarına icazəsiz olaraq reklam və elan vərəqlərinin yapışdırılması bu qurumun rəhbərliyini qəzəbləndirib. Modern.az-ın məlumatına görə, Metropolitenin rəisi Tağı Əhmədov vaqonlarda özbaşına reklamlar yayam şəxlərə qarşı ciddi təbirlər görülməsi üçün göstəriş verib. Bununla bağlı vaqonlara bildirşlər də vurulub. Bildirişlərdə qeyd edilib ki, vaqonlara icazəsiz olaraq işədüzəltmə, internet saytları və digər mövzularda kiçik ölçülü reklam vərəqləri yayan şəxsləri görənlər dərhal polisə və metro işçilərinə xəbər versinlər.
Bakı Metropolitenindən saytımıza deyiblər ki, metro vaqonlarında reklam yaymaq hüququ yalnız “Poster” şirkətinə məxsusdur. Amma son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə vaqonlarda müxtəlif yerlərə reklam və elan vərəqləri yapışdırılması halları müşahidə edildiyindən buna qarşı ciddi tərbirlər görülməsi qərara alınıb. Mertopolitendən bildirilib ki, işçilər naməlum şəxslərin vaqonlara vurduqları yapışqanlı reklam kağızlarını təmizləməkdən təngə gəliblər. Amma belə kazıqların hər gün çoxalması Metropoliten rəhbərliyini hiddətləndirib.
Saxlanılan şəxsləri inzibati cəzalar gözləyir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı