Modern.az

Aşıqlar Zəlimxan Yaquba baş çəkiblərmi?

Aşıqlar Zəlimxan Yaquba baş çəkiblərmi?

Ölkə

27 Mart 2012, 14:58


Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bir müddət öncə Almaniyada əməliyyat olunub. Əməliyyatdan sonra Azərbaycana qayıdan şair evindədir və səhhəti yaxşıdır.  Qeyd edək ki, Z.Yaqub hələ bir il böyrəksiz yaşayacaq. Buna görə də həftədə 3 dəfə dializ seansına gedəcək. Bunu şairə həkimlər  məsləhət görüblər. Bir ildən sonra isə ona böyrək köçürəcəklər.
Z.Yaqubla bağlı xəbər Modern.az-da yayımlanandan sonra şairə baş çəkənlər çoxalıb. Bu sırada jurnalistlərlə yanaşı məşhurlar, aşıqlar da var. Əməkdaşımız bəzi tanınmış aşıqlardan bu haqda soruşub.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Modern.az-a deyib ki, Zəlimxan müəllimə hər gün baş çəkir: “Hər gün baş çəkirəm. Çox  şükür ki, səhhəti də yaxşıdır. Nəinki Azərbaycandan,  İrandan, Türkiyədən gündə Zəlimxan müəllimə nə qədər zənglər gəlir, səhhəti ilə maraqlanırlar. Hətta yanına gəlirlər. Bizim hər birimiz ona tez-tez baş çəkirik, əlaqə saxlayırıq. Hər kəs narahatdır onun üçün,  Zəlimxan müəllimin səhhəti indi yaxşıdır və tezliklə də yaxşı olacaq”

Aşıq Mehdi Məsimov rayonda olduğu üçün Zəlimxan müəllimin yanına gedə bilmədiyini deyib: “Mən indi Bərdə rayonundayam, buna görə gedə bilməmişəm. Amma bu gün Bakıya gəlirəm. Allah qoysa, gələn kimi Zəlimxan müəllimə baş çəkəcəm”.

Aşıq Telli Borçalı da şairin yanında olduğunu bildirib: “Zəlimxan müəllim Azərbaycana qayıdandan sonra yanına getmişdim. Səhhəti də yaxşıdır şükür Allaha”.

Aşıq Əli Quliyev isə hələ şairə baş çəkmədiyini bildirib: “ Mən hələ ustadımız Zəlimxan müəllimin yanına gedə bilməmişəm. Amma bu yaxınlarda sənət dostum Azər Xanlaroğlu ilə bir yerdə gedəcəyik. Zəlimxan müəllimə baş çəkmək bizim borcumuzdur. Çünki, Zəlimxan müəllim  Azərbyacanın fəxridir, ocağıdır, piridir. Bir sözlə, Zəlimxan müəllim biz aşıqların dayağıdır. Allahdan ona şəfa diləyirəm”.

Sevinc İLTİFATQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı