Modern.az

Məleykə Abbaszadə: “Azərbaycanda 22 min 332 nəfərin saxta diplomu var”

Məleykə Abbaszadə: “Azərbaycanda 22 min 332 nəfərin saxta diplomu var”

Ölkə

28 Mart 2012, 11:23


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə  Azərbaycanda saxta diplomu olan şəxslərin sayını açıqlayıb. Modern.az saytı xəbər verir ki, Məleykə Abbaszadə  1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın "qara baza"sına düşdüyünü deyib. M.Abbaszadə deyib ki, həmin şəxslər imtahan verməsələr də, əllərində ali məktəblərin  diplomları var.  

M.Abbaszadə onu da bildirib ki, Prezident İlham Əliyevin  sərəncamı ilə TQDK tərəfindən hazırlanan  "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan verən  1 milyon  978 min  226 nəfər haqqında məlumat var. Onlardan 615 min 582 nəfəri tələbə adını qazanıb.
TQDK sədri  hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq. “Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil ediləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı