Modern.az

İqtisad Unversitetində tələbələr imtahanı boykot ediblər

İqtisad Unversitetində tələbələr imtahanı boykot ediblər

Ölkə

29 Mart 2012, 13:08

Tələbələr kollokviumu boykot edərək ali məktəbin qarşısına toplaşıblar

İqtisad Unversitetinin bir neçə fakültəsinin tələbələri smestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri olan kollokviumu boykot edərək ali məktəbin qarşısına toplaşıblar. Bu barədə Modern.az-a ali məktəbin tələbələri bildiriblər. Kütləvi şəkildə imtahana girməyən tələbələr ədalətli imtahhan prosesi tələb edirlər.

“Unversitetin qarşında əməlli-başlı sıxlıq yaranıb. Vəziyyət gərgindir. Akt zalında prorektor əvvəlcə bizi razı salmağa çalışdı. Amma sonra təhdidə keçdi. Bir tələbəni zaldan qovdu. Onun tələbə biletini aldı. Qrupları ayrı-ayrı şəkildə kollokviuma salmaq istəyirlər”-deyə tələbələr saytımıza bildiriblər. 

Hazırda tələbələri yenidən akt zalına yığmağa cəhd edirlər.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, KOLLOKVİUM (lat . colloquium – danışıq, söhbət), tədris növlərindən biri kimi müəllimin şagirdlərlə söhbətidir. Adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsulu sayılan kollokvium məruzələrin müzakirə olunduğu elmi iclas da sayılır.

Kollokvium imtahanlar və ya məqbullar arası keçirilən mini məqbullardı. Məsələn bir mövzu, fəsil bitdikdən sonra onun necə qavranıldığını yoxlamaq, həmçinin təkrarlanmaqla daha yaxşı yadda qalmasını təmin etmək üçün keçirilir. Tələbələr deyirlər ki, "aralıq imtahanları" adlandırılan kollokvium rüşvət üçün daha bir alətdir.


Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı