Dünyada ilk dəfə heykəli ucaldılan azərbaycanlı Hacı Zeynalabdin Tağıyev olub. Özü də Böyük Britaniyanın Edinburq şəhərində. Bu barədə “Discovery” jurnalının mart-aprel 2012-ci il 7-ci sayında məlumat verilir. Modern.az-ın məlumatına görə, məqaləni Bəhruz Heydəri adlı jurnalist yazıb.
Bu mühüm hadisənin tarixçəsi belədir:
Hindistandan İngiltərəyə geri dönən Uliyam Tol adlı inglis zadəganı yolüstü Bakıda Tağıyevin qonağı olur. Onun gördüyü işlər, dünya mədəniyyəti və təhsili üçün ayırdığı vəsaitlər, xeyriyyə işləri və sairəni görüb ondan xatirə üçün bir şəkil istəyir. Vətəninə geri dönən Uliyam Tol öz şəxsi hesabına Edinburqda ötən əsrin əvvələrində Tağıyevə heykəl qoydurur.
Modern.az