Modern.az

Regionların “kiçik padşahları” – icra başçıları – VII

Regionların “kiçik padşahları” – icra başçıları – VII

Ölkə

29 Mart 2012, 20:56

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 30 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansı

Baytar, politoloq, icra başçısı

Laçın rayonu İcra Hakimiyyətinin başçısı  Ramiz Cəbrayılov
əslən elə laçınlıdır.
Ramiz Məhərrəm oğlu Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olub. 
1968-78-ci illərdə Laçın rayonunun Ağanus kənd orta məktəbində təhsil alıb.
İlk əmək fəaliyyətinə 1978-ci ildə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlayıb. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu baytarlıq, 1989-cu ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politoloq ixtisası üzrə bitirib. 1985-ci ilin yanvar-mart aylarında Laçın rayon Baytarlıq labaratoriyasında sereloq həkim, 1985-ci ilin mart ayından 1986-cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı ilin noyabr ayından 1987-ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib, 1987-ci ilin dekabr ayından 1992-ci ilin iyul ayınadək isə birinci katib vəzifəsində işləyib. 1992-ci ilin iyul ayından 1994-cü ilin dekabr ayınadək Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi, 1994-cü ilin dekabr ayından 2003-cü ilin iyul ayınadək Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifələrində işləyib. 
1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Laçın-Zəngilan-Qubadlı Seçki Dairəsinin, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkiləri zamanı 58 saylı Laçın Seçki Dairəsinin, 2003-cü ildən 2007-ci ilin dekabr ayınadək isə 121 saylı Laçın Seçki Dairəsinin sədri olub. 
Ölkə Prezidentinin 18 dekabr 2007-ci il tarixli sərəncamı ilə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Lerikdə 1-ci şəxs bakılıdır

Lerik rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov isə buralı deyil. Rövşən Elmidar oğlu Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.. 28.11.1983-03.05.1985 –ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında operator, 03.05.1985 - 02.06.1987 –ci illərdə Sovet Ordusu sıralarında, bölmə komandiri, 23.09.1987-01.04.1989-cu illərdə Neft-Kimya İnstitutunda "Əməyin mühafizəsi" kafedrasında  laborant, 01.04.1989-14.08.1990-ci illərdə Neft-Kimya İnstitutunda mühasib, 14.08.1990-07.06.1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 07.06.1991-01.11.1991 "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 07.06.1991-11.06.1992 –ci illərdə"Amal" kiçik müəssisəsində baş mühasib, 12.06.1992-01.11.1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 21.11.1995-06.04.1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Banknda kredit şöbəsinin müdiri, 14.08.1994-24.02.2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialının şöbə müdirinin müavini, 18.03.2003-31.03.2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 31.03.2006-01.04.2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətin sədri vəzifələrində çalışıb.     
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli sərəncamı ilə Lerik rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Deyilənə görə, leriklilər ondan yaman narazıdırlar.

Lənkərana Qəbələdən gətirilən 1-cı şəxs

Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov da bu bölgədə doğulmayıb. 
Tofiq Hüseyn oğlu İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələ şəhərində anadan olub. 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetini) Coğrafiya fakültəsini, sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əvəllər Qəbələdə Vergilər İdarəsində rəis vəsifəsində işləyib. Sonralar Qəbələ rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. 2010-cu ilədək burada icra başçısı işləyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasına daxil olduğu söylənilir.
Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub.
Hər həftənin cümə günü saaat 10:00-dan 13:00-dək T.İbrahimovun qəbul vaxtıdır. T.İbrahimovun qəbuluna gələnlər dərdlərinə çarə tapa bilirlər ya yox, bu lənkəranlılarla ayrıca söhbətin mövzusudur.

Masallının qalmaqallı icra başçısı

Masallı rayonu İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev Masallıdan çox-çox uzaqlarda doğulub.
Qəzənfər Arif oğlu Ağayev 1961-ci il 2 noyabr tarixində Naxçıvan şəhərində anadan olub. 1990 - cı ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002 - ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində tikinti trestində, 1987-1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışıb, 1994-cü ildən isə Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib. 2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində çalışıb. 2005-2006-cı illərdə Yardımlı rayonu İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Prezidentin 29 sentyabr 2006-cı il tarixli sərancamı ilə Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Q.Ağayev artıq 6 ildir Masallıya rəhbərlik edir. Bu müddət yəqin ki onun üçün rahat keçməyib. Çünki Dəfələrlə Masallıda icra başçısı əleyhinə müqxtəlif aksiyalar, kampaniyalar keçirilib. Belə aksiyalar indi də davam etməkdədir. Mediada onu qalmaqallı icra başçısı adlandırırlar. 
Hər halda Masallı sakinlərindən soruşmaq gərəkdir icra başçısı necə işləyir...

Neftçalaya keçmiş gömrükçü rəhbərlik edir

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev
 bu bölgədən deyil, gəncəlidir.
İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.
01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Prezidentin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ardı olacaq...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı