Modern.az

Hüquqşünas: “Sabiq icra başçısı yandırılan mülklərini hansı maaşla tikdirib?”

Hüquqşünas: “Sabiq icra başçısı yandırılan mülklərini hansı maaşla tikdirib?”

Ölkə

31 Mart 2012, 18:34

Bu ilin martın 1-də yerli sakinlərin kütləvi etirazından sonra Quba rayonu İcra Hakimiyyətinin  (RİH) başçısı Rauf Həbibov istefa verməyə məcbur oldu. Kütləvi etiraza səbəb isə R.Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərlə bağlı müşavirədəki çıxışının videoyazısı olub. Həmin çıxışda R.Həbibovun səsləndirdiyi bəzi fikirləri qubalılar rayon camaatına hörmətsizlik və təhqir kimi qiymətləndiriblər. Rauf Həbibovun istefasınının bir ayı tamam olur.
Sabiq icra başçısının çıxışı ona cinayət işi açılmasına əsas verirmi?
 
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Modern.az-a məsələni hüquqi cəhətdən izah edib.

İntiqam Əliyev bildirib ki, insanların etirazı nəticəsində Quba rayonu İcra Hakimiyyətinin başçısı öz vəzifəsini itirdi: “Hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan adamlar baş verənlərə görə qubalılardan üzr istədilər. Rəhbərlik etdiyi rayonun əhalisinin ona qarşı ittihamlarından biri də korrupsiyaya uğraması idi”.

Hüquqşunas bildirib ki, əslində  məlum olayla bağlı R.Həbibova cinayət işi qaldırılmalı idi: “Bu hadisələrdən sonra faktla bağlı cinayət işi qaldırılmalı idi. Amma cinayət işi toplantıya çıxıb hakimiyyət qurumlarına etiraz edən və ya hansısa məlumatı ictimaiyyətə ötürən jurnalistlər barəsində olmalı deyil. Həm də, korrupsiya faktları ilə bağlı olmalıdır”.

İ.Əliyev deyir ki, hüquq-mühafizə orqanları aydınlaşdırıb cəmiyyətə cavab verməlidir: “İcra Hakimiyyəti başçısı yandırılan mülklərini hansı hesaba tikdirib? Onun adına yandırılmayan daha neçə mülk var? Onun aldığı əmək haqqı hesabına bu mülkləri tikdirmək mümkün idimi?”.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı