Modern.az

Milli Ordunun bir əsgəri ölüb, biri yaralanıb

Milli Ordunun bir əsgəri ölüb, biri yaralanıb

Ölkə

2 Aprel 2012, 11:05

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 1-də cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun əsgəri yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli ordunun əsgəri Ağarza Mirməhəmməd oğlu Əmirov güllə yarası alıb. Yaralanan əsgər təcili olaraq hospitala yerləşdirilib. 
Əsgər A. Əmirov Bakının Yasamal rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 

Azərbaycan Ordusunun bir əsgəri isə intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Elmir Adil oğlu Kərimov avtomat silahla özünə atəş açaraq intihar edib. İlkin məlumata əsasən əsgər ailəsində yaranmış problemdən sarsıntı keçirərək bu addımı atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin intihar etməsi faktını təsdiqləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı