Modern.az

Bakıda müəllimlər imtahan verəcəklər

Bakıda müəllimlər imtahan verəcəklər

Ölkə

4 Aprel 2012, 09:38

Aşağı nəticə göstərən pedaqoqlar yayda kurslara göndəriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3-cü ildir ki, ibtidai təhsil pilləsini bitirən şagirdlərin riyaziyyatdan bilik səviyyəsini müəyyənləşdirmək üçün yoxlama imtahanları (yazılar) təşkil edir. Növbəti belə sınaq qarşıdakı günlərdə olacaq.
İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a deyib ki, iki il öncə ilk dəfə yoxlama yazılar təşkil olunanda bu proses 6-cı sinif şagirdlərini əhatə edib.
Həmin il 6-cı sinifdə təhsil alan şagirdlərin müəllimləri də riyaziyyat üzrə yoxlanılıblar.
 
“Bu il isə imtahan aprelin 20-dən sonunadək davam edəcək. O müddət ərzində yalnız 4-cü sinif şagirdləri imtahana cəlb ediləcəklər. Proses Bakının bütün təhsil müəsissələrini əhatə edəcək. Təxminən 30 minə yaxın şagirddən söhbət gedir. Eyni zamanda müəllimlər də bu prosesə cəlb olunacaqlar. Məqsədimiz ibtidai sinif mərhələsini bitirən şagirdlərimizin riyaziyyatdan bilik səviyyəsini yoxlamaqdır. Uşaqlara verilən suallar müəllimlərə də ünvanlanacaq. Məqsəd onların tədris pörosesini necə qurmalarını öyrənməkdən ibarətdir. Ötən il eksperiment kimi 5-ci sinif şagirdləri də bu prosesə qatıldılar. Biz sadəcə onların bir il ərzində riyaziyyatdan əldə etdikləri uğurların əvvəlki ilin nəticələrilə müqayisəsini aparmaq istədik. Bu il proses yalnız 4-cüləri əhatə edəcək”.

Z.Əliqızı deyib ki, şagirdlərin nəticələri Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün önəmlidir. “İmtahana cəlb olunacaq müəllimlərə gəldikdə isə aşağı nəticə göstərənlər yay dövründə kurslara göndəriləcəklər”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?