Modern.az

Allahşükür Paşazadə Hacı olmaq istəyənlərin məsələsini Ərəbistanda müzakirə edib

Allahşükür Paşazadə Hacı olmaq istəyənlərin məsələsini Ərəbistanda müzakirə edib

Ölkə

4 Aprel 2012, 09:53

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdədir. Səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilir.
            
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a bildirib ki, Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra  görüşlər keçirin. Aprelin 2-də Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə krallığı Həcc nazirinin Həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə ötən ilin Həcc mərasimləri ilə baglı yekunlardan danışılıb, Səudiyyə tərəfinin təşkilati hazırlığı, Azərbaycan Həcc missiyasının fəaliyyətindən razılıq ifadə olunub, habelə zəvvarlarımızın müqəddəs məkanlara builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib.

Müzakirələrdə Azərbaycanlı zəvvarların bu ilki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə baglı digər məsələlər müzakirə edilib. Növbəti Həcc mövsümünə dair Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb

Aprelin 3-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini Ciddə şəhərində Səudiyyə Ərəbistanının Həcc naziri doktor Bəndər bin Məhəmməd qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə nazirlə keçirdiyi ilk görüşdə onu yaxınlarda bu vəzifəyə təyinat alması münasibətilə təbrik edib, ölkələrimiz arasında mənəvi əlaqələrin genişləndirilməsi istiqamətində qarşıdakı fəaliyyətinə uğurlar diləyib. A.Paşazadə Azərbaycanın dövlət başçısının salamlarını və ən xoş arzularını kral həzrətlərinə yetirməyi səudiyyəli nazirdən rica edib. Nazir Bəndər bin Məhəmməd, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadədən Səudiyyə kralının salamlarını Azərbaycanın dövlət rəhbərinə çatdirmagı xahiş edib.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mənzil-qərargahı Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının sədri Ekmələddin İhsanoğlu ilə görüşüb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanla İƏT arasında mövcud yüksək əməkdaşlıq əlaqələrindən, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərindən söhbət açılıb. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ekmələddin İhsanoğlunun Azərbaycana olan səmimi münasibətindən razılıqla bəhs edib, Xocalı soyqırımı ilə bağlı İƏT-nin ardıcıl və ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.

Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Fövqəladə və Səlahiyyətli səfiri Tofiq Abdullayev iştirak edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?