İctimai Palata aksiyanı Bibiheybətdə keçirməyə razı olub
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib. Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az – verdiyi məlumata görə, meriya mitinq keçirmək üçün İctimai Palataya Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
İctimai Palatanın Koordinasiya Şurası BŞİH-dən gələn cavab məktubunu müzakirə edərək aksiyasının Bibiheybətdə keçirilməsinnə razı olub.
Qeyd edək ki, müxalifətin uzun illərdən sonra keçirəcəyi ilk mitinq olacaq. Sonuncu kütləvi mitinq 2005-ci ilin noyabr ayında keçirilib. O zaman keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edən “Azadlıq” blokunun mitinqi polis tərəfindən dağıdılmışdı.
Modern.az