Modern.az

Hakimiyyətin 8 aprel mitinqinə ilk reaksiyası - "Meydanda 1000 nəfər var idi"

Hakimiyyətin 8 aprel mitinqinə ilk reaksiyası - "Meydanda 1000 nəfər var idi"

Ölkə

8 Aprel 2012, 18:12

İctimai Palatanın bu gün Səbayel rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində keçirdiyi etiraz aksiyasını hakim Yeni Azərbaycan Partiyasının deputatları Mübariz Qurbanlı ilə Siyavuş Novruzov müşahidə edib.

Mübariz Qurbanlı Modern.az saytına deyib ki, həmkarı Siyavuş Novruzovla bir tədbirdən çıxıblar:

“Mitinq üçün ayrılan ərazi yolumuzun üstü olduğu üçün bunu da müşahidə etməyi qərarlaşdırdıq. Jurnalistlərlə bir yerdə bu tədbirə qatılanların sayı 1000 adam olar. Bunu səmimi şəkildə deyirəm. Özü də tədbir idarəolunmaz bir şəkildədir. Təsəvvür edin ki, elə başıpozuqluq yayğınlıq idi ki... Bayraqları küncə atmışdılar. Bu, bir daha onu göstərir ki, müxalifətin iddiası ilə gücü müqayisəolunmazdır. Əgər bunlar belə bir kiçik tədbiri idarə edə bilmirlərsə, xalqın dəstəyi buna deyirlərsə, mən söz tapa bilmirəm”.

“Adətən müxalifətin aksiyası keçirilən yerdə həmkarınız Siyavuş Novruzovla pivə içirsiniz. Bu dəfə də eyni hal təkrarlandımı” sualına deputat “pivə içmək qəbahət deyil. Ancaq heç birimiz spirtli işki içmirik. Ötən dəfə kofe içirdik. Ancaq müxalifət kofeni pivə kimi gördü. Bu dəfə məsələni yolüstü müşahidə etdik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı