Modern.az

Deyirlər ki, toy olacaq...

Deyirlər ki, toy olacaq...

Ölkə

9 Aprel 2012, 11:52

Bəlkə kimlərisə sünnət də etdilər...

Vaxt vardı toylarımızı unikal milli adət-ənənəmiz kimi dünyaya təqdim edirdik. Hətta bunun üçün dəridən qabıqdan çıxırdıq, Fransadan müsyö Jordanları gətirib milli rəqslərimizə oynatdırırdıq, “Bəyin oğurlanması” filmini çəkib “xalqımızın toy kimi bir adəti var, bu adətə hər kəsin hörməti var” sözlərini ictimi şüura yeridərək hər kəsdə ənənələrimizə hörmət hissi , müqəddəslik duyğuları yaradılmasına cəhd edirdik. Ancaq sürətlə dəyişən dünya qısa zamanda hansı yaxşı adətlərimiz vardısa süpürüb apardı, əksinə, Qərbin ikrah doğuran yabançı təsirlərinin əsirinə çevrildik və hələ də bu axının əsarətindəyik. Görünür elə ona görədir ki, son 10-15 ildə yaradılan adı müstəqil, özü zəlil gündə olan televiziya kanallarında millətin min illərin sınağından üzü ağ çıxmış bir çox adətlərinə divan tutulur, nə mətbuatın, nə ziyalıların, nə də deputatların qınaqlarına əhəmiyyət verilir. Görün nə aləmdirsə ölkədə sözünün çəkisi, qılıncının kəsərliliyi ölçüyəgəlməz hesab olunan Ramiz Mehdiyevin də bu məsələdəki ittihamlarına kimsə məhəl qoymadı. Nəticədə bu gün ölkə teleməkanında sözün həqiq mənasında fahişəlik baş alıb gedir, daha doğrusu, kanal rəhbərliklərindən tutmuş aparıcılaradək hamı böyük həvəs və ehtirasla yaramaz verilişləriylə millətə fahişəlik təlqin edirlər. Nə qoruq yox, nə qadağa, nə “dur” deyəni saya salan yox, nə “abırınız tökülsün” giley-güzarını. Yaşanan xaossa tezliklə acı meyvələrini verməkdə Birisi əri və üç uşağı varkən hətta rəsmi boşanmanı gözləmədən başqa birisinə qoşulub qaçır, yaxud əli qabarlı bir zavallı min bir zəhmətlə qızını “repetitor” yanına göndərir ki, bəlkə övladı potensial fahişəlik təhlükəsindən qurtulub ləyaqətli vətəndaş ola bilsin, bu ləçər də məhz televiziyadan aldığı “dərs”dən havalanaraq taksiylə Bakıya qaçır, internetdə tapışdığı oğlanı “daha yaxından hiss etmək” istəyir. Hələ bu harasıdır, birisi bədən ölçülərini sahmana salmaq və başqa kişilərə də xoş gəlmək üçün (bunun başqa adı yoxdur!!!) arvadını trenajora göndərir, az sonra həmin xanım yapon aerobika müəlliminə qoşulub gündoğar ölkəyə gedir, başqa birinin arvadı sürücüsünə qoşulub fərqli kişi qoynunda həyatın dadını çıxarmağa üstünlük verir. Bir sözlə, bu gün məmləkətdə vəziyyət nəinki rusca, lap yaponca, hətta fransızca, hollandcadır...

Bu yandan da 1998- ci ildə qəbul edilmiş “Mədəniyyət haqqında” qanunu guya zamanın tələblərinə cavab vermədiyindən yenidən qayırmaq istəyirlər. Mən tam əminəm ki, onu elə günə salacaqlar ki, köhnə qanun toya getməli olacaq, çünki təklif edilən dəyişikliyin necə deyərlər, mamaçası xirtdəyəcəndir, mamaça çox olanda isə uşağın tərs gəldiyini biz yox, əsrlər öncə babalarımız deyib...

 Toydan söz düşmüşkən, bu günlərdə Milli Məçlisdə “Mədəniyyət haqqında” yeni qanunun müzakirələri zamanı vitse- spiker Ziyafət Əsgərovun çox baməzə yanaşması oldu ki, biz deməkdən yorulduq, bu televiziyalar gic-gic verilişlər yayımlamaqdan yorulmadılar. İnsafən Ziyafət müəllim bu məsələdə zaman- zaman narahatlıqlarını istər rəsmi şəkildə, istərsə də iclaslararası foyedə jurnalistlərlə çox səmimi və açıq söhbətlərində dilə gətirib. Ancaq o da etiraf edir ki, telekanallar pulu dədələrindən çox istədiklərindən mənəvi dəyərlərin gözlənilməsini axırıncı cərgəyə qoyublar...

 Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dostum Nizami Cəfərovun məsələyə münasibəti də orijinallığıyla seçilir. Komitə sədri bu sahədəki özbaşınalığı “meymun oynatmaq” kimi xarakterizə edib və Nuşirəvan Məhərrəmli həzrətlərinə də səslənib ki, “hərdən bir qılıncını siyirsin, yoxsa bu problem əndazəni aşa bilər.” Ancaq çətin ağlım kəsir ki, Nuşirəvan (əgər varsa!) qılıncını çıxararaq kiməsə toy tuta, olsa- olsa bu cəzalanma kiminsə kiçik toyuyla nəticələnə bilər. Çünki Nuşirəvanın öz işləri də rəvan deyil və üstəlik onun nə rəsmi, nə qeyri- rəsmi belə bir səlahiyyəti var ki, kiməsə gözün ağartsın. Gözəgörünməzlər ona gözlərini elə ağardarlar ki, 2007- ci iln noyabrındakı ANS- in gününə düşər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı