Modern.az

Qulu Məhərrəmli: “Bu, telekanalların fəaliyyətinə müdaxilədir, proqram siyasətini pozmaqdır”

Qulu Məhərrəmli: “Bu, telekanalların fəaliyyətinə müdaxilədir, proqram siyasətini pozmaqdır”

Ölkə

9 Aprel 2012, 12:13

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildiribki, may ayının 1-dən etibarən yerli telekanallarda əcnəbi teleserialların yayımı birmənalı şəkildə dayandırılacaq.
Qeyd edək ki, hazırda yerli telekanallarda onlarla xarici teleserial yayımlanır və onlar bunun hesabına efirin müəyyən müddərini yola verirlər.
Bəs xarici serialların yayımına qadağa qoyulandan sonra telakanallar nə edəcəklər?

“Burada nə var ki, xarici serialların əvəzinə, özümüz çəkib verəcəyik”. Bu sözləri ANS telekanalının icraçı direktoru Mais Məmmədov deyib. Onuz sözlərinə görə, kanal may ayında serialların yayımını dayandıracaq və milli serialları tamaşaçılara təqdim edəcək.

“Xəzər” telekanalının mətbuat xidmətindən bildirilib ki, onlar da MTRŞ-ının qərarına uyğun olaraq mayın 1-dən xarici serialları dayandıracaqlar .
“Hal hazırda “Xəzər” telekanalı “Qaynana” və “Aramızda qalsın” adlı iki serialı tamaşaçılara təqdim edir. Hələki xarici seriallar bu iki serialla əvəzlənəcək. Bundan əlavə, “Xəzər” telekanalı yeni serialların çəkilişlərin də planlaşdırır”.

“ATV telekanalı may ayının 1-dən milli serialın yayımına başlayacaq”. Bu sözləri Modern.az saytına ATV telekanalının mətbuatla əlaqələndiricisi Vaqif Aydınoğlu deyib. Onunu sözlərinə görə, ATV MTRŞ-ın verdiyi qərar əsasında mayın 1-dən əcnəbi serialların yayımını dayandıracaq.
”“Pərvanələrin rəqsi” adlı serialı tamaşaçıalra təqdim edəcəyik. Hazırda serialın 20 seriyası çəkilib, may ayına qədər də çəkilişlər davam edəcək” deyə V.Aydınoğlu bildirib.  ATV telekanalına milli serialların istehsalı üçün ayrılan pullar hesabına yeni bir serialın çəkildiyini bildirən V.Aydınoğlu deyib ki, yay aylarında tamnaşaçılar telekanallara çox baxmadığı üçün serialın yayımını sentyabra saxlayıblar.
““Sirr” adlı yeni serialın hal-hazırda çəkilişləri gedir və 10 seriyası çəkilib, melodrama janrında olan bu serial olduqca maraqlıdır” - deyə müsahibimiz bildirib.

“Hazırda ATV telekanalında “Bacanaqlar” serialı yayımlanır və  digər serialın yayımı ilə biz əcnəbi serialları əvəz edəcəyik”.

Müstəqil media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, MTRŞ-ın bu qərarı televiziyaların müstəqil yayım siyasətinə qoyulan senzuradır. 
“Xarici ölkələrin istehsalı olan teleserialların dayandırılması ilə bağlı MTRŞ-ın qərarı tamaşaçıların marağına ziddir. Bu, onların yaxşı istehsal olunmuş teleməhsula baxmaq  imkanlarını tükədir. İkinci bir tərəfdən, qurumun qadağası televiziyaların müstəqil yayım siyasətinə qoyulan önsenzuradır. Televiziyaların fəaliyyətinə müdaxilədir, onların proqram siyasətini pozmaqdır”.

Q. Məhərrəmli “ümumiyyətlə, xarici teleistehsal deyəndə MTRŞ nəyi nəzərdə tutur, bu aydınlaşdırmalıdır. Söhbət bədii televiziya filmlərindən gedir yoxsa sənədli filmlər seriyasında gedir və ya sözün həqiqi mənasında son dövrlər yaranan silsilə fimlərdən gedir? Bunları aydınlaşdırmaq lazımdır” deyə vurğulayıb.

Xatırladaq ki, mayın 6-da MTRŞ-ın iclasında  milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə, “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na və “Xəzər TV” MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000  (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması qərara alınıb.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı