Modern.az

Azərbaycanda 46 tibb işçisi cəzalandırılıb

Azərbaycanda 46 tibb işçisi cəzalandırılıb

Ölkə

10 Aprel 2012, 09:38

“2011-ci il ərzində Səhiyyə Nazirliyi tərəfindənc 32 fakt üzrə cinayət xarakterli olmayan pozuntu halları aşkar edilərək, 46 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib, 5 iş üzrə cinayət əlamətləri olan faktlar  toplanıb və sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib”.
Bu barədə Modern.az-a  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli  məlumat verib. O, bildirib ki, 24.02.2011-ci il-24.02.2012-ci il tarixiləri ərzində Səhiyyə Nazirliyinin qaynar xəttinə  8297 müraciət daxil olub, müraciətlərin 4189-u (1083-ü əsaslı, 3106-sı isə əsassız) şikayət, 2348-i sorğu xarakterli, 458-i aidiyyəti üzrə deyil, 1302-si isə cari problemlərlə bağlı olub.
Nazirliyin sözçüsü qeyd edib ki, daxil olan şikayətlər əsasən  tibb işçilərinin xəstələrlə qeyri-etik  davranışı və tibb sahəsində xidmətin keyfiyyəti ilə bağlı olur.  

  Nihadə Eyyubova    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı