
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul məsələsindən danışıb.
Modern.az-ın məlumatına görə, M.Abbaszadə bildirib ki, növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında, dövlət sifarişli yerlərin sayında artım var.
Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Qəbul planının tezliklə təsdiqlənəcəyi gözlənilir.
Modern.az