
“Biz o rəqəmləri ona görə elan etdik ki, həmin uşaqları ali məktəblərə qəbul etməmişik, amma bilirik ki, onlar bizim imtahanlarda iştirak ediblər və nə qədər bal toplayıblar. Onu da bilirik ki, bu uşaqlar çox aşağı bal toplayanlardır, onların hansı ali məktəblərə özəl yolla qəbul olmağının bizim fəaliyyətimizə heç bir dəxli yoxdur. İstəyirəm ki, bunu ictimaiyyət və rəhbərlik bilsin ki, necə olur, autidoriyada bilikli olmayan gəlib oturur bilikli olanların yanında?”.
Modern.az-ın məlumatına görə, bu sözləri aprelin 10-da keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə saxta yolla diplom alamış məzunlar barədə danışarkən deyib.
“Mən bunun kökünü göstərirəm ki, bu uşaqları biz ali məktəblərə qəbul etməmişik, təbii o usaqlara hər hansı özəl ya da ki, dövlət universiteti tərəfindən diplom verilirsə, biz onu qəbul edirik, cünki diplom hüquqi dovlət sənədidir, məsələ başqadır, bu adam mütəxəsisdir yoxsa yox? Ona cavabdehlik diplomu verən ali məktəb və muvafiq nazirlikdir. Təhsil mütəxəsisi kimi hesab edirəm ki, minimal balla qəbul olunan həmin uşaqlar mütəxəsis kimi formalaşa bilməzlər, saxta diplom-saxta mütəxəsis, bunların mənim üçün heç bir fərqi yoxdur. Mən təqdimat mərasimində heç bir saxta sözu istifadə etməmişəm, bunu siz jurnalistlər istifadə edirsiz. Mən rəqəmləri élan edəndə dedim ki, biz bu balla uşaqları qəbul etməmisik, amma bu uşaqların əlində diplom var. Təhsil Nazirliyi isə deyir ki, bu diplomlar saxta deyil, cox gozəl, ikinci bir sual çıxır ortaya, bunlar mütəxəsisdirlərmi? Bizim təhsil sahəsində muvafiq ali məktəblərə “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq”.
Modern.az