Modern.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki yeni rəis müavini gətirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki yeni rəis müavini gətirilib

Ölkə

11 Aprel 2012, 11:58

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib.

Modern.az Trend-ə istinadən bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova iki müavin təyin edilməsini adı çəkilən qurumdan təsdiqləyiblər.
Belə ki, bu quruma rəis müavini vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev gətiriliblər.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prezidentin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı