Modern.az

Hakimiyyətdə və müxalifətdə olan gənclərimiz niyə danışa bilmir? - Gənclərin rəyi

Hakimiyyətdə və müxalifətdə olan gənclərimiz niyə danışa bilmir? - Gənclərin rəyi

Ölkə

12 Aprel 2012, 16:09

Partiyalarda toplaşan cavanlar üçün siyasi mövqe əsas rol oynayır

Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqda davam edir. Gənclər öz mövqelərini daha çox ictimai-siyasi təşkilatlarda və yaxud da siyasi partiya müstəvisində ortaya qoymağa çalışırlar. Odur ki, Azərbaycanın siyasi arenasında söz sahibi olan partiyaların tərkibində gənclərin özlərini ifadə edə bilməsi üçün müxtəlif gənclər təşkilatları  fəaliyyət göstərir. Bəs, bu təşkilatların bir-birləri ilə qarşılıqlı əlaqələri mövcuddurmu? Onlar hansı işlər görürlər?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün bir neçə partiyanın gənclər təşkilatı ilə əlaqə saxlayaraq onlardan münasibət öyrənib.

YAP Gənclər təşilatının sədri: “Müxalifət partiyaları əməkdaşlıq üçün heç vaxt bizə müraciət etməyiblər”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər təşkilatının sədri Seymur Orucov ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının gənclər təşkilatları ilə heç bir əlaqələrinin olmadığını deyib. S.Orucov qeyd edib ki, müxalifətyönlü gənclər təşkilatları nəinki dövlətçilik prinsiplərini güdür, daha çox öz mənfəətləri naminə fəaliyyət göstərməyə can atırlar:

“Azərbaycanda olan siyasi partiyaların gənclər təşkilatlarının fəaliyyəti mənim üçün qeyri-qənaətbəxşdir. Onların fəaliyyətini, tutduqları mövqeyi, həyata keçirdikləri işləri, xüsusən də sonuncu mitinqdə gənclərin səsləndirdikləri fikirləri biz heç də yaxşı dəyərləndirmirik. Hesab edirəm ki, belə gənclərin arxasında duran gücləri yoxdur. Fəaliyyət göstərmək üçün mütləq güc olmalıdır. Bəzən digər partiyalarla hansısa dialoq çərçivəsində görüşə bilərik. Amma onlar bizimlə əməkdaşlıq üçün heç vaxt müraciət etməyiblər”/

YAP nümayəndəsi hakim partiyanın prioritet gənclər siyasətinə toxunaraq bildirib ki, onlar daha çox Avropa ölkələrinin gənclər təşkilatları ilə əməkdaşlıq qurmağa çalışırlar.

“Bizim partiyanın beynəlxalq əlaqələri gün-gündən inkişaf edir. Biz əsasən maraqlıyıq ki, Avropa xalq partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edək. Bu baxımdan deyə bilərəm ki, bizim xarici ölkələrin siyasi partiyaları ilə eləcə də həmin partiyaların gənclər təşkilatları ilə sıx əlaqlərimiz var. Buna nümunə olaraq, Ukraynanın, Gürcüstanın, Qazaxıstanın, Rusiyanın, Türkiyənin gənclər təşkilatlarını göstərə bilərik”-deyə S.Orucov əlavə edib

AXCP: “YAP-ın Gənclər təşkilatı ilə əlaqə yaratmaq fikrimiz yoxdur”

AXCP Gənclər komitəsininn sədri  Əbülfəz Qurbanlı Seymur Orucovun fikirləri ilə razılaşmayaraq iqtidar-müxalifət əlaqələrinin olmamasında Yeni Azərbaycan Partiyasını günahlandırıb. Ə.Qurbanlı bildirib ki, iqtidaryönlü gənclər təşkilatları heç bir siyasi fəaliyyətlə məşğul olmurlar, hətta təşkilat sədrini iş yerində tapmaq müşkül məsələdir.

“Demək olar ki, bütün müxalifət partiyalarının gənclər təşkilatları ilə, ictimai təşkilatlarla münasibətlərimiz müsbət səviyyədədir. Biz hal-hazırda ölkənin aparıcı partiyalarının gənclər təşkilatları ilə gənclərin hüquqlarının müdafiə komitəsi daxilində görüşlər keçririk. Bu baxımdan deyə bilərəm ki, bizim komitənin ADP,VHP, Ümid partiyasının gənc liderləri ilə sıx əlaqələri var. Biz çox istərdik gənclər bu istiqamətdə güclənsilər”.

Ə.Qurbanlının sözlərinə görə, AXCP ilə YAP-ın mövqeləri fərqli olduğu üçün onların hansısa əməkdaşlıq qurmaq imkanları da yoxdur. Bu baxımdan partiyalararası əlaqələrin qurulması gündəmdə deyil.

Müsavat: “YAP-çı gənclər dəvət etdiyimiz tədbirlərə gəlmirlər”

Müsavat partiyasının Gənclər təşkilatının sədr əvəzi Səxavət Soltanlı iqtidar partiyaları ilə əlaqələrinin olmadığını deyərək qarşı tərəfin ünvanına bəzi ittihamlar irəli sürüb. S.Soltanlı qeyd edib ki, iqtidar təmsilçiləri nəinki onlarla əməkdaşlıq etmir, hətta tədbirlərə göndərdikləri dəvətləri də qəbul etmirlər.

“Bizim partiyanın gənclər təşkilatları ilə digər partiyaların əlaqələri əslində normaldır. Hakimiyyətyönlü gənclər təşkilatları var ki, bunlar yalnız gənclər təşkilatı kimi lazımı işlərlə deyil, özlərinin şəxsi problemləri ilə məşğul olurlar. Bizim iqtidar partiyası ilə əlaqələrimiz heç də normal deyil. Hesab edirəm ki, bu da bizim tərəfdən aslı olan məsələ deyil. Həmin insanlar qorxudan bizə yaxınlaşmırlar. Tədbirlərimizə də dəvət edəndə gəlmirlər”-deyə Müsavat nümayəndəsi qeyd edib.

S.Soltanlı vurğulayıb ki, onların siyasi məkanda ən yaxın müttəfiqləri Azərbaycan Demokratik Partiyası (ADP) Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və  Klassik Xalq Cəbhəsi partiyası gənclər təşkilatlarıdır.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı