Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dekan seçkiləri növbəti həftə keçiriləcək.
Universitetin jurnalistika fakültəsindən Modern.az-a verilən məlunmata görə, dekan vəzifəsinə iki nəfər namizədliyini irəli sürüb. Bunlar dekan müavini Sevinc Əliyeva və fakültənin mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyevdir.
Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə əlavə sənəd verənlər də var.
Fakültənin dekanı Yalçın Əlizadə bildirib ki, dekan vəzifəsinə təyin olunacaq şəxs ilk növbədə müsabiqə komissiyasında müzakirə olunacaq. Sonda bu vəzifə rektorun təyinatına uyğun olaraq veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından dörd il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.
Gültəkin Ələsgər