Antiislam müraciəti ilə ötən il Azərbaycanda böyük qalmaqal yaratmış filosof Ağalar Məmmədov Dünya Azərbaycanlıları Konqresinin aprel ayının sonunda Brüsseldə keçirilən 12-ci Birlik qurultayında iclasda iştirak edib. Brüsseldə keçirlən qurultay Sabir Rüstəmxanlının rəhbəri olduğu DAK-a alternative yaradılan DAK-dır.
Modern.az bildirir ki, mandatla qurultaya qatılan A.Məmmədov fəallığı ilə nəzərə çarpıb. Xatırladaq ki, onun rəhbərliyi ilə aparılmış imzatoplama kampaniyası ölkədə ciddi əks-səda verərək narazılıq yaratmışdı. O, bəyanatını yazıçı Rafiq Tağının guya islam təməlçiləri tərəfindən qətlə yetirilməsinə etiraz kimi qələmə versə də, narazılıq səngiməyib. KİV-də ciddii polemikalara səbəb olan bəyanat –müraciət tanınmış şəxslər arasında kəskin söz atışmalarına səbəb olmuşdu.
2012-ci illin əvvəlindən ölkəni tərk edən Ağalar Məmədovun harada olduğu bəlli deyil. Onun siyasi sığınacaq alaraq Avropa ölkələrində birində yaşadığı guman edilir. Ateist olan filosof Ağalar Məmmədov özünün islama kəskin münasibəti ilə fərqlənib.


Modern.az