Modern.az

Beş partiya ölkədə ciddi hadisə olacağı halda görüşmək barədə razılaşıb

Beş partiya ölkədə ciddi hadisə olacağı halda görüşmək barədə razılaşıb

Ölkə

4 May 2012, 14:10

Müxalifət “beşliyi” yenidən bir araya gələcək


Bir müddət əvvəl müxalifət liderlərinin biraraya gələrək ölkədəki ictimai-siyasi durumu müzakirə etməsi cəmiyyətdə böyük rezonans doğurdu. “Siyasi partiyalar haqqında” qanun layihəsini müzakirə edən edən “beşlik” sonrakı proseslərdə nədənsə ortaq məxrəcə gələ bilmədi. Məsələ ilə bağlı yeni birliyə üzv olan ADP sədri Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, aralarında fikir ayrılığı olsa da, müxalifət rəhbərləri razılığa gəliblər.

“Beş partiya rəhbəri razışlaşmışdıq ki, ölkədə ciddi bir hadisə olanda görüşək. Bundan sonra göndəmdə vacib məsələlər olarsa, görüşəcəyik. Düzdür, AXCP və Müsavat hesab edir ki, beş partiyanın tez-tez bir yerə yığışmağına ehtiyac yoxdur. Ümumiyyətlə, bizim aramızda fikir ayrılığı indi yox, əvvəlcədən var idi. Həmin görüşdə biz birlikdə bəyanat vermişiksə, deməli bizdə fikir ayrılığı konkret bir məsələ ilə bağlı olmayıb. Ölkədə baş verən ciddi, həlli vacib məsələlərlə bağlı toplanıb müzakirələr aparacağıq. Ancaq yenə deyim ümumi olaraq partiya xəttində fikirlərimiz bəzən toqquşmur”-deyə S.Cəlaloğlu qeyd edib.

Xatırladaq ki, AXCP, Müsavat, AMİP, KXCP və ADP rəhbərləri sonuncu dəfə martına 17-də biraraya gələrək ölkədəki ictimai-siyasi durum ətrafında müzakirələr aparıblar.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı