Qadınlar hər zaman evlənəcəyi kişilərdə bir obraz formalaşdırmağa çalışırlar. Sevdiyi şəxsin hündürboy, cəlbedici, saçı uzun, yaraşıqlı olması öndə gedən keyfiyətlərdəndir. Amma bütün bu keyfiyyətlər içərisində xanımlar sevdiyi, ailə qurduğu şəxsin qəhrəman olmasını da arzulayır, o keyfiyətləri onda görmək istəyir.
Bu gün vətənə, millətə sevgisi ilə seçilən, milli bayrağın həqarətinə dözməyib bütün karyerasını qurban verən qəhramlarımızdan biri də Ramil Səfərovdur. Bəs xanımlarımız sevdikləri şəxsdə Ramil Səfərov keyfiyətlərini görmək istərdilərmi?
Modern.az məsələ ilə bağlı xanımlardan münasibət öyrənməyə çalşıb.
ANS TV-nin aparıcısı Qənirə Ataşova “Bir az çətin sualdır. Sevdiyim şəxsdə, əlbəttə, Ramil Səfərov keyfiyyətlərini görmək istərdim. Məsələn, onun mərdliyi, vətənpərvər, qorxmaz olmağını bu keyfiyətlərə misal çəkə bilərəm” deyib.
Millət vəkili Sevinc Hüseynova bildirib ki, Ramil Səfərovun vətənə qarşı münasibəti, vətənpərvərliyi, vətənə sevgisi, vətənə bağlılıq xüsusiyətləri onda xoş təəssüratlar yaradıb.
Müğənni Gülay Qədirova isə tamailə başqa fikirlər bildirib. “Əgər sevdiyin şəxslə ailə qurursansa, onu sən öz xüsusiyətlərinə görə qəbul etməlisən. Kimdəsə kiminsə xüsusiyyətini axtarmağı mən düzgün hesab etmirəm”.
Gənc yazar Leyla Şərifova da digərləri kimi Ramil Səfərovun mərdliyini vətən sevgisini sevdiyi şəxsdə görmək istəyir: “Təbii ki, onun mərdliyi, vətənə olan sevgisi və tipik Azərbaycan bəylərinə məxsus bir çox xüsusiyyətləri hansı ki, onlar Ramil Səfərov da çoxdur, mən bunları sevdiyim şəxsdə görmək istərdim” deyə gənc ədib vurğulayıb.
Aytən ƏLİYEVA