Modern.az

Xocalı soyqırımı abidəsində qatillərin adı niyə göstərilməyib? - FOTOLAR

Xocalı soyqırımı abidəsində qatillərin adı niyə göstərilməyib? - FOTOLAR

Ölkə

8 May 2012, 10:05

Abidənin üzərində faciənin ermənilər  tərəfindən törədilməsi ilə bağlı heç bir məlumat yoxdur

Bakının Xətai rayonu ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidənin üzərində faciənin ermənilər tərəfindən törədildiyinə dair heç bir məlumat yoxdur. Modern.az bildirir ki, abidənin məlumat lövhəsində iki dildə hadisənin törədildiyi tarix, faciə qurbanlarının adlarının qeyd olunmasına baxmayaraq, soyqırımının kimlər tərəfindən törədilməsi göstərilmir.

Bu il “Avroviziya” mahnı müsabiqəsi Bakıda keçirilir. Müsabiqəyə sayılı günlər qalır və yarışmanı izləmək üçün dünyanın əksər yerlərindən 10 mindən çox turist gələcək. Məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün bu bir növ əvəzedilməz fürsətdir. Axı dünya ölkələrinin əksəriyyəti hələ də Xocalı soyqırımını tanımaqdan boyun qaçırır. 

Xocalı prospektində 1993-cü ildə inşa olunmuş “Ana harayı” heykəl kompleksində 2011-ci ildə  yenidənqurma işləri aparıldıqdan sonra abidədə müəyyən dəyişikliklər edildi. Belə ki, parkda quraşdırılan Ana heykəlinin postamenti 3 metr qaldırıldı və qara mərmərdən yenidən quruldu. Kompleksin yerləşdiyi ərazinin döşəməsinə qara və qırmızı mərmər döşəndi. Soyqırımı zamanı qətlə yetirilənlərin adları lövhənin üzərinə həkk olundu. Abidənin aşağı hissəsində əklil, sağ və sol tərəflərində Azərbaycan və ingilis dillərində faciə haqqında qısa məlumat yerləşdirildi. Amma hadisənin kimlər tərəfindən törədildiyi burada yazılmadı. Bəlkə yazılmalıydı ki, əcnəbilər də buradan keçəndə onu oxuya bilsinlər..

Məsələ ilə bağlı Modern.az aidiyyatı orqanlardan münasibət öyrənməyə çalışıb.

Azərbaycan Memarlar İttifaqının adının çəkilməsini istəməyən üzvü bildirdi ki, abidənin qoyulmasında Bakı şəhər İcra Hakimiyyəti, Reklamlar İttifaqı iştirak edib. Onlar abidənin belə olmasını lazım biliblər:
“Belə abidələrin üzərində soyqırımının kimlər tərəfindən törədilməsini yazmaq da olar, yazmamaq da. Çünki artıq dünya ölkələri bunu qəbul edib. Və faciənin kim tərəfindən törədilməsini bilir. Ona görə də bunu abidə üzərində yazmağa ehtiyac yoxdur. Ümumiyyətlə, belə abidələr üzərində çox söz yazılmır. Yəqin ki. bu abidənin müəllifi də soyqırımının kimlər tərəfindən törədilməsini abidə üzərində qeyd etməməyi lazım bilib”.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, onlar yalnız abidələrin qoyulması işinə baxır. Ona görə də, məsələyə münasibə tbildirə bilməzlər.

Mövzu ilə əlaqədar Xətai rayonu İcra Hakimiyyəti ilə də əlaqə saxlamaq istədik. İcra Hakimiyyətindən sualımıza cavab aıa bilmədik.

 

 

 

 

 

 

 

 


Gültəkin Ələsgər              

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı