Mayın 9-da ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhərində - Xankəndində hərbi parad keçiriblər. Modern.az-ın məlumatına görə, bu barədə ermənilərin “armtoday” saytı xəbər verib.
Şuşanın işğalının 20 ilinə həsr olunmuş hərbi paradda Dağlıq qarabağdakı separatçı rejimin indiki başçısı Bako Saakyan, sabiq rəhbəri Arkadi Qukasyan, Ermənistanın eks-prezidenti Robert Köçəryan, Ermənistanın hazırki prezidenti Serj Sərkisyan, bütün ermənilərin katalikosu II Qaregin iştirak edib.

