Modern.az

İcra başçısı generalın radarını aşırtdı - FOTO

İcra başçısı generalın radarını aşırtdı - FOTO

Ölkə

15 May 2012, 15:51



Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun göstərişi ilə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) tərəfindən yol kənarında quraşdırılan radar aşırılıb. Bu barədə məlumatı Modern.az-a  rayon sakinləri verib. Onların sözlərinə görə, yolun genişləndirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalova müraciət edən icra başçısı müvvəqqəti olaraq, radarın yığışdırılmasını tələb edib. Ancaq onun bu müraciətinə BDYPİ-dən cavab gəlmədiyindən, icra başçısının göstərişi ilə yolun kənarındakı radarı aşırıblar ki, bəlkə dərhal müvafiq tədbir görülsün.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, fakt tezliklə araşdırılacaq və nəticəsi ilə bağlı məlumat veriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı