Modern.az

“Eurovision”la əlaqədar səyyar dondurma satışı məhdudlaşdırılıb

“Eurovision”la əlaqədar səyyar dondurma satışı məhdudlaşdırılıb

Ölkə

16 May 2012, 13:18

Yayın başlamasına hələ bir aydan çox vaxt qalmasına baxmayaraq, artıq bu mövsümün ən çox tələb olunan məhsulunun - dondurmanın satışına başlanılıb.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a “Eurovision” la əlaqədar çox məhdud sayda adama səyyar satışla məşğul olmağa icazə verildiyini dedi. Bildirdi ki, dondurmanın satışına icazə verilən ərazilər paytaxtın mərkəzi yerlərində deyil: “Paytaxtdan kənar ərazilərdə, Nərimanov rayonunda, “Mətbuat prospekti”ndə və bu kimi yerlərdə dondurmanın  satışına icazə verilib. Vəziyyətdən istifadə edənlərin qanunsuz satışına qadağa qoyulub. Dünənə kimi qeyri-qanuni satışla məşğul olan 8 nəfərə xəbərdarlıq edilib. Antisanitariyanın yaranmaması üçün mərkəzi yerlərdə satışa hələki icazə verilmir. Bu proses iyun ayının 1-də başlanacaq. Bulvar ərazisində satılan dondurma və sərinləşdirici içkilərə icazəni isə  “Bulvar idarəsi” verir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayevin Modern.az-a verdiyi məlumata görə, hazırda satışda olan dondurmaların tərkibi yoxlanılmır. Bunula bağlı monitorinqlərə iyun ayının əvvəllərində başlanılacaq.

Gültəkin Ələsgər  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı