Modern.az

“Mixail Qorbaçovu dünyaya tanıdaq” kampaniyası davam edir

“Mixail Qorbaçovu dünyaya tanıdaq” kampaniyası davam edir

Ölkə

17 May 2012, 09:56

Mixail Qorbaçovdan Nobel mükafatının geri alınaraq cinayət məsuliyyətinə cəlb olunması ilə baglı deputat Etibar Hüseynovun başladığı aksiya davam edir.

Növbəti görüş Qazaxstanın ölkəmizdəki səfiri Serik Primbetovla baş tutub.

Etibar Hüseynov bildirib ki, bundan əvvəl Gürcüstan, Litva, Norvec və Hollandiya səfirləriylə də görüşləri olub:
“Amma Qazaxstan səfiriylə görüşümüz xüsusiylə önəmli idi. Çünki 1986-cı ilin dekabr hadisələri keçmiş SSRİ-nin dağilmasında ilk təkan olmuşdu. Və o vaxt da məhz Mixail Qorbaçovun əmri ilə dinc etirazçılara qarşı amansızlıq göstərilmiş çoxlu sayda ölən və yaralananlar olmuşdur. Həmin vaxt  hökm sürən totalitar rejim baş vermiş qanlı olayları ört- basdır etməyə nail olmuşdur”. 

Deputatın sözlərinə görə Almatı hadisələrinin fəsadları barədə hələ də doğru-dürüst məlumat yoxdur:

“Bir fakta diqqət yetirin. Həmin hadisələr vaxtı tutulanlardan biri də Kayrat Rəsulbəyov adlı bir gənc olub. Onun taleyi Sumqayıt hadisələri vaxtı həbs olunaraq güllələnən Əhməd Əhmədovun taleyinə çox oxşayır. Moskvada mühakimə olunan bu gənc haqqında əvvəlcə ölüm hökmü cıxarılıb. Sonradan isə bu hökm 20 il həbslə əvəzlənib. Rusiyanin bir çox həbsxanalarında dəhşətli işgəncələrə məruz qalan 20 yaşlı Kayrat sona qədər sınmır və imperiyanı lənətləyir. Sonunda cəzaçəkmə müəsisələrinin birində hələ də naməlum qalan səbəblərdən Kayrat öldürülür. Yalniz üstundən 10 il keçəndən sonra Kayrat Rəsulbəyova bəraət verilir və 1996-cı ildə Nursultan Nazarbayev onu Milli qəhrəman adı ilə təltif olunmasi barədə sərəncam imzalayır. Bax, Mixail Qorbaçovun əli  yüzlərlə bu cür qəhrəman oğul və qızların qanına batıb. Dünya bunu bilməlidir. Qazaxstan səfiri cənab Primbetovla söhbətimiz də  elə bu barədə oldu. Mən ona gördüyümüz işlər barədə məlumat verdim. Məqsəd və məramımızı açıqladım. Onadan bütün bunlar barədə öz ölkəsinin içtimai və siyasi  dairələrini, parlament üzvlərini məlumatlandırmasını istədim.  Cənab səfir də öz növbəsində  bizim aksiyamızdan xəbərdar olduğunu bildirdi.  Bu yöndə bizə əlindən gələn köməyi edəcəyini bildirdi”.

 

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı