
Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibinə dəyişikliklər edib. Modern.az xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, İndira Niyazi qızı Hacıyeva Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri kimi kollegiyaya daxil edilib.
Hökumətin qərarı ilə Fərhad Məcid oğlu Hacıyev də Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru kimi nazirliyin kollegiyasında yer alıb.
Fərhad Hacıyev əvvəllər nazirliyin Gənclərlə iş şöbəsinin müdiri, İndira Hacıyeva isə Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri vəzifələrində çalışıblar.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” sərəncam ötən ilin dekabrında imzalanıb.
Sərəncama əsasən, Azərbaycanın Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb və qurumun əsasnaməsi təsdiq edilib. Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.
Modern.az