Modern.az

Ziyalılar Forumu: “Əli Əhmədovun fikirləri bizim üçün əhəmiyyətsizdir...”

Ziyalılar Forumu: “Əli Əhmədovun fikirləri bizim üçün əhəmiyyətsizdir...”

Ölkə

22 May 2012, 12:23

Ziyalılar Forumunun üzvləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibəsində onlar barədə səsləndirdiyi fikirlərə münasibət bildiriblər.

Ziyalılar Forumunun üzvü, akademik Rafiq Əliyev Modern.az-a deyib ki, YAP rəsmisinin fikirlərinə münasibət bildirmək istəmir. Akademik qeyd edib ki, Ziyalıar Forumu üçün Əli Əhmədovun dediyi sözləri şərh etmək vacib məsələ deyil:

“Mən Əli Əhmədovun bu müsahibəsini nə oxumuşam, nə də oxumaq da istəyirəm. Mən bir dəfə demişəm ki, Əli Əhmədovun haqqımızda səsləndirdiyi fikirlərə cavab verməyəcəyik. Mən onun nə sözünə, nə də fikirlərinə münasibət bildirmək istəyirəm. Bizim üçün bu məsələ ilə bağlı açıqlama vermək vacib deyil,  bu onlar üçün vacibdir. Əli Əhmədovun fikirləri bizim üçün əhəmiyyətli deyil”.

Professor Cəmil Həsənli də məsələyə münasibət bildirmək istəmədiyini və Əli Əhmədovun müsahibəsindən xəbərsiz olduğunu bildirib.  C.Həsənlinin sözlərinə görə, hər kəs kimi Əli Əhmədov da fikir söyləməkdə azaddır.

“Əli Əhmədovun fikirlərinə heç bir münasibətim yoxdur. Hər kəs öz fikirlərini deyir. Sözün açığı mən onun müsahibəsini oxumamışam, bu baxımdan oxumadığım bir şeyə münasibət bildirmək düzgün olmazdı” Qeyd edək ki, YAP-ın icra katibi “Azərbaycan” qəzetinı müsahibəsində bildirib ki, Ziyalılar Forumunun üzvlərini özlərini ziyalı hesab etsələr də, şər atmaq, qara yaxmaqla məşğuldurlar.

Anar RÜST
ƏMOV
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı