Modern.az

Deputat: “Hələ də Zaqatalada zəlzələ təkanları davam edir”

Deputat: “Hələ də Zaqatalada zəlzələ təkanları davam edir”

Ölkə

22 May 2012, 17:32

“Hələ də Zaqatalada zəlzələ təkanları davam edir. Ona görə də dağılmış evləri, qəzalı vəziyyətdə olan evləri, əsaslı təmir olunmalı evləri təyin etmək hələ mümkün deyil. Çünki təkanlar hələ də davam edir. Ona görə də bu məsələ ilə məşğul olan komissiyanın işi hələ uzanır”.

Bu fikirləri Modern.az saytına açıqlamasında bu bölgədən olan deputat Azər Kərimli deyib.

Deputat qeyd edib ki, əgər bir həftə bundan əvvəl müəyyən evlər qəzalı vəziyyətdə deyildisə, son təkanlardan sonra bu evlər  qəzalı vəziyyətə düşüb: “Vəziyyətlə bağlı Prezidentin bölgəyə səfərindən sonra şaiyələr tam aradan qaldırıldı. Bu insanlara həyətbəhəyət çadırlar paylanılır. Əvvəl paylanılan çadırlar ümum böyük çadrlar idi. İndi isə hər ailəyə ayrıca çadr verilir. Sadəcə bir problem var ki, insanlar, uşaqlar stres keçirir. Məsələn, heç bir çat olmayan evdə də ailə də istəyir ki, ona da çadr versinlər. Çünki qorxur. Bu da normal vəziyyətdir. Onlar da evlərə girməyə qorxurlar. Amma bu iş yenə davam edir. Çadrların sayı artıb”.

Fövqaladə Hallar Nazirliyinin bölgəyə əlavə çadrlar gətirdiyini deyən A.Kərimli bildirib ki, indi də bu iş davam etdirilir: “Son təkanlardan sonra çadrların sayı da artıb. Bundan əlavə  Bakı-Zaqatala yolunda yol boyu karvan getdiyini görmək mümkündür. İnşaat materialları,  daş, sement və başqa tikinti materiallarının bazası yaradılır. İnşaat şirkətləri də bölgədədir. İnsanlar da öz gözləri ilə görürlər ki, iş gedir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı