Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Modern.az-a açıqlamasında Müsavat başqanı İsa Qəmbərin ölkə rəhbərinə etdiyi müraciətə münasibət bildirib. Deputatın fikrincə, hər bir vətəndaş kimi İsa Qəmbər də Azərbaycan prezidentinə müraciət etmək hüququna malikdir. M.Qurbanlı qeyd edib ki, hazırda həbsdə olan vicdan məhbuslarının azadlığa buraxılması ilə Müsavat başqanının prezident İlham Əliyevə etdiyi müraciətə baxılacaq.
“Hər bir Azərbaycan vətəndaşı kimi İsa Qəmbər də ölkə prezidentinə müraciət edə bilər. Bu onun haqqıdır. Düşünürəm ki, İsa Qəmbərin müraciətini məqbul saysalar, bununla əlaqədar müəyyən qərar veriləcək. Amma müxtəlif cinayət törədib, ölkədə qarışıqlıq yaradıb sonra bağışlanmaq istəmək, bu olmaz. Belə olmaz axı, İsa Qəmbər özü dayanır bu iğtişaşların arxasında. Bu barədə mən başqa heç nə demək istəməzdim”-deyə M.Qurbanlı vurğulayıb.