Modern.az

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Müraciət olarsa, iqtidar-müxalifət dialoqu təşkil edə bilərik” - MÜSAHİBƏ

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Müraciət olarsa, iqtidar-müxalifət dialoqu təşkil edə bilərik” - MÜSAHİBƏ

Ölkə

23 May 2012, 17:19

“Qarşılıqlı dialoqun yaranmasına xidmət üçün köməyimizi əsrigəmək niyyətimiz yoxdur”

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqayın Modern.az-a verdiyi müsahibəni təqdim edirik.

- Bu il Azərbaycanın ATƏT-ə üzvlüyünün 20 ili tamam olur. Sizdə bu illər ərzində nüfuzlu qurumun ölkəmizdəki rolu ilə bağlı hansı qənaətlər var?

- ATƏT üzvü olaraq 20 il ərzində Azərbaycan bir sıra mürəkkəb proseslərdən keçib. Biz ölkədə hüququn aliliyi və demokratik prinsiplərin bərqərar olması üçün köməyimizi etmişik. Təbii ki, uzun illər qapalı sistemdə yaşayan cəmiyyətdə demokratiyanın inkişafı  çətin prosesdir.

20 il ərzində Azərbaycan çox böyük irəliləyişlər edib. ATƏT-in Bakı Ofisi 2000-ci ildən fəaliyyət göstərir. Ofis hakimiyyətlə yaxın əməkdaşlıq edir. Azərbaycanda demokratikləşmə, hüququn aliliyi ilə bağlı böyük inkişaf var. İqtisadi inkişaf da göz önündədir. Biz də üzərimizə düşən vəzifəni, əlimizdən gələn köməyi edirik.

- ATƏT həmçinin son 20 ildə Qarabağla bağlı ictimai diqqət mərkəzində oldu. Minsk Qrupu münaqişənin həlli üçün məsuliyyəti öz üzərinə götürüb. Fikrinizcə, 20 il ərzində ATƏT bu problemi həll etmək üçün bütün resurslarını otaya qoya bildimi?  

- Qarabağ münaqişəsi ilə bağlı məsələ Bakı Ofisinin səlahiyyətlərinə aid deyil. O mövzuda təbii ki, müxtəlif fikirlər var. Amma ümümu olaraq deyə bilərəm ki, Minsk Qrupunun fəaliyətindən narazılıqlar var.

- Ölkə müxailfətinin aksiyalar  keçirməsi üçün yerlərin müəyyənləşdirilməsi və iqtidarla müxalifət arasında dialoqun keçirilməsi üçün Bakı Ofisinin iqtidar-müxalifət dialoqu  təşkil edəcəyi barədə məlumatlar səslənirdi. Hazırda bu danışıqlar aparılırmı?

- Danışqlarda  dialoq önəmlidir. Dialoq demokratiyanın təməl şərtlərindən biridir. Müxalifət qrupları ilə Bakı Ofisinin əlaqələri var. Biz ölkənin daxili siyasətinə qarışmrıq. Amma mümkün dərəcədə yardım etmək, qarşılıqlı dialoqun yaranmasına xidmət üçün köməyimizi əsirgəmək niyyətimiz yoxdur. Bunun üçün tərəflərin bizə müraciət etməsi lazımdır. Bizdən ortamı hazırlamaqla bağlı, “dialoqun keçirilməsi  üçün bizə kömək edin” kimi müraciətlər olarsa, bunu məmnuniyyətlə edərik. 

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı