Modern.az

Ölüm ayağında olan zabitin anası Prezidentə müraciət etdi

Ölüm ayağında olan zabitin anası Prezidentə müraciət etdi

Ölkə

25 May 2012, 16:07

“İnanıram ki, Prezidetimiz ana fəryadına laqeyd münasibət sərgiləməyəcək”

Milli ordunun ehtiyatda olan zabiti, ölüm yatağında olan Sumqayıt şəhər sakini, baş leytenant Rasim Kazımov ölkə prezidenti, Ali baş komandan İlham Əliyevdən kömək gözləyir. Xəstəliyi ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köcürülən ehtiyatda olan zabitə təcili ilik sümüyü köcürülməlidir.

Zabitin anası Şərafət Kazımovanın verdiyi məlumata görə, 2010-cu ildən oğlu qeyri-hockin limfoması xəstəliyindən əziyyət cəkir:

“Oğlum Cəmşid Naxcıvanski adına Hərbi liseyin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsidir. 2006-cı ilin avqust ayında Daşkəsən rayonunda hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olundu. Erməni işğalcıları ilə üzbəüz, atəşkəs vəziyyətində olsa belə, hər an təhlükəli olan bir şəraitdə üc il postda dağatıcı tağım komandiri vəzifəsində xidmət göstərib. Aylarla ailəsi olsa belə, evinə gələ bilməyib. Post şəraitində xidmət göstərdiyindən ailəsini də yanına apara bilməyib. 2010-cu ilin iyun ayında sağlamlığımda yaranan problemə görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına köcürülüb. Burada müayinə zamanı qasıq nahiyəsindən götürülən biopsiyanın nəticəsi ilə ona qeyri-hockin limfoması diaqnozu qoyuldu. Hospitalda oğluma dedilər ki, səni burada müalicə etmək mümkün deyil. Odur ki, oğlumu müalicə etmədən ordu sıralarından təxris edərək, müalicə ücün Milli Onkoloji Mərkəzə köcürdülər. Burada öz hesabına oğlum 4 kurs kimyəvi müalicə aldı. Amma nəticəsi olmadı. Həkim bildirdi ki, sənin xəstəliyinin müalicəsi var, bunun ücün sənə Türkiyədə ilik köcürülməlidir. Türkiyədə bu əməliyyatı kecirmək 60 min manata başa gəlir. Beləcə oğlumun müalicəsinin başqa ölkədə aparılması ücün hec bir kömək göstərilmədiyindən və bunun ücün özümüzün maddi imkanı catmadığından Milli Onkoloji Mərkəzdə müalicə dayandırıldı. Carəsiz müalicə ücün İran İslam Respublikasına üz tutduq. Burada xəstəxanaların birində 6 kurs kimyəvi müalicəsini davam etdirdi. Bu günlərdə Sumqayıt şəhərində Onkoloji Dispanserdə təkrar müayinə zamanı bəlli oldu ki, xəstəlik ağırlaşıb, şaxələnərək limfalara yayılıb. Yerli mütəxəssislərin dediyinə görə, bu xəstəliyin müalicə üsullarından ən effektlisi ilik köcürmədir ki, bunun Türkiyə dövlətində müalicəsi yüksək səviyyədədir. Bu isə imkanımız xaricindədir. Azərbaycanda isə oğlumu ACOP sistemi ilə müalicə ediblər. Oğlumun iki azyaşlı övladı var. Uşaqların biri 3 yaş, o biri 9 aylıqdır. Özü ikinci qrup əlill olduğundan təqaüd alır. Bu pul isə ailəsinin dolanışığı ücün güclə catır. İndiyədək müalicələrini qohumlarımın, tanışlarımızın maddi dəstəyi ilə alıb. İndi Mərkəzi Klinik Xəstəxanada da müalicəsinin davam etdirilməsinə imkanımız catmır. Əgər müalicə almasa, həkimlər  xəstəliyin daha da şiddətlənərək bütün limfa düyünlərinə yayılacağını söyləyirlər. İndi ümid yerimiz cənab Ali Baş Komandanadır. Ağır post şəraitində, yüksəklikdə, düşmənlə üzbəüz ordu sıralarında xidmət edən, vətəninin müdafiəsi ücün sağlamlığından kecən oğlumu Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında “səni müalicə etmək bizim imkanlarımız xaricindədir” kəlməsi ilə ordu sıralarından müalicə edilmədən təxris etdilər. Müdafiə Nazirliyinin Azərbaycanda müalicəsi olmayan xəstələri Gülhanə Hərbi Tibb Akademiyasına göndərməklə bağlı müqaviləsi olsa da, oğlumu müalicə ücün Türkiyəyə göndərmədilər. Bizə deyirlər ki, belə xəstələrdən orduda coxdur hamısını Türkiyəyə müalicəyə göndərə bilməzlər... 
İndi Müdafiə Nazirliyi yazdığımız məktuba cavab olaraq deyir ki, ordudan təxris edilibsə, müalicə onlarlıq deyil. Cox xahiş edirəm, oğlumun xəstəliyimin ilkin Mərkəzi Klinik Xəstəxanasında, daha sonra Türkiyə Respublikasında müalicəsi ücün kömək göstərəsiniz. İndi ümidim göydə tanrıya, yerdə prezidentimiz cənab İlham Əliyevədir. İnanıram ki, prezidentimiz ana fəryadına laqeyd münasibət sərgiləməyəcək. Axı mən oğlumu bu vətən ücün zabit yetişdirmişəm. Oğlumun gözümün qabağında müalicəsi mümkün olduğu halda ölməsinə dözə bilmirəm”.

Zabitin anası oğlunun xaricdə müalicəsi ücün millət vəkillərini də dəstək verməyə səsləyib.

Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev27/4, mənzil-47 Əlaqə: (055) 369-46-78

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı